Slimfit
  1. AZƏRBAYCAN

Vaxtı keçmiş məhsullarla bağlı komissiya yaradıldı

Vaxtı keçmiş məhsullarla bağlı komissiya yaradıldı
Sakura

Vaxtı keçmiş məhsullarla bağlı komissiya yaradıldı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib.
Bu barədə Azvision.az -a AQTA-dan məlumat verilib. Bildirilib ki, istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələrinin istehsalı, saxlanması, satışı və tətbiqi yolverilməzdir. 

Agentlik tərəfindən istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu yerində müəyyənləşdirmək üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə inventarlaşdırma komissiyası yaradılıb. 

Sahibkarlara bir daha müraciət edilir ki, əgər öhdələrində istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qablaşmaları varsa, dərhal bu barədə Agentliyə (1003 Qaynar xəttinə) məlumat versinlər. Əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəkdir. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR