Slimfit
  1. AZƏRBAYCAN

“Vaxt az qalıb, ciddi addımlar atılmalıdır” - Əli Əhmədov

“Vaxt az qalıb, ciddi addımlar atılmalıdır” - Əli Əhmədov
Sakura

“Vaxt az qalıb, ciddi addımlar atılmalıdır” - Əli Əhmədov

"Bu gün bəşəriyyəti düşündürən qlobal problemlərin həyata keçirilməsi və öz həllini tapması Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) reallaşması ilə bilavasitə əlaqədardır. Biz gələcəyimizi DİM-ni həyata keçirməklə daha işıqlı, daha parlaq edəcəyik, buna nail olmalıyıq"
Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Dayanıqlı İnkişafa dair Bakı Forumunun bağlanış mərasimində çıxışı zamanı deyib. 

O bildirib ki, bunun əksi bəşəriyyət, insanlar üçün daha acınacaqlı və faciəli həyatın təqdim edilməsi ilə nəticələnə bilər. "Ona görə də bütün bəşəriyyət gücünü, malik olduğu resursları səfərbər edib, dünyamızın 2030-cu ilə qədər dəyişdirmək istiqamətində daha ciddi addımlar atmağa məhkumdur. Bu eyni zamanda ölkələrin iqtisadi vəziyyətinin dəyişdirilməsi, yaxşılaşdırılması, insanların rifahının yüksəldilməsi ilə əlaqədardır, həm ekoloji tarazlığın, həm bütün dünyada sabitliyin, əminamanlığın, anlaşmanın təmin edilməsi ilə əlaqədardır. 

Dünya indi əhəmiyyətli və təhlükəli səviyyəyə gəlib çatıb ki, sadaladığım və sadalamadığım, insanlara bəlli olan beynəlxalq təhlükələr və çağırışların aradan qaldırılması istiqamətində ciddi addımlar atılmasa, dünya çox acınacaqlı duruma düşə bilər. Bu mənada DİM-in həyata keçirilməsi bütün dövlətlərin, hökümətlərin gücünün və rüsurslarının ciddi şəkildə səfərbər edilməsini ən vacib şərt olaraq qarşıya qoyur. Bunsuz qarşımızda duran illər ərzində hər hansı ciddi nailiyət əldə etmək mümkün deyil".

Ə.Əhmədov buldirib ki, qlobal layihə qəbul olunandan sonra bütün dövlətlər milli hökumətlər səviyyəsində ayrı-ayrı formada layihəni həyata keçirilməsi istiqamətində işlər görəcəklər. 

"Bundan sonra həyata keçirilən işlər zəminində bunun əsasında daha ciddi şəkildə praktik addımların atılması dayanır. Vaxt az qalıb. Qalan vaxtdan istifadə edib dünyamızın dəyişdirilməsinə nail olacağıq. Güman edirəm ki, iki gün ərzində də aparılan fikir mübadilələri gələcəkdə həyata keçirəcəyimiz çox vacib praktik işlərin reallaşmasına öz töhvəsini verə biləcək.

Regional əməkdaşlığın əhəmiyyətini ayrıca vurğulamaq istəyirəm. Bizim tədbiri keçirməkdə məqsədimiz ondan ibarətdir ki, regional əməkdaşlığı təmin etmək zəminində DİM-in həyata keçirilməsinə nail ola bilək. Regional əməkdaşlıq bütövlükdə dünya miqyasında bu məsələlər ətrafında əməkdaşlığın təmin ediıməsi istiqmətində atılan vacib və ilk addımlar ola bilər. Bu təşəbbüs yəqin ki, burada qalmayacaq və bundan sonra da inkişaf etdiriləcək. Başqa dövlətlər bu təşəbbüsü dəstəkləyəcəklər. Sonrakı illərdə ayrı-ayrı yerlərdə regiona daxil olan ölkələr səviyyəsində DİM-lə əlaqədar forumlar təşkil ediləcək.

Burada əsası qoyulan dialoq və fikir mübadisləsinin aparılması, təcrübə mübadilələrinin keçirilməsi ənənələri davam etdiriləcək. Beləliklə, biz DİM-in həyata keçirilməsinə xidmət edən çox əlverişli aləti və meydançanı əldə etmiş olacağıq".

Baş nazirin müavini hesab edir ki, Bakıda forumdan ayrılan hər kəs DİM-lə ayrı-ayrı ölkələrdə əldə olunan təcrübələrdən özləri üçün müəyyən nəticələr əldə etmiş və bu nəticələrlə öz ölkələrinə qayıtmış olacaqlar. 

"Arzu edirən ki, bu təşəbbüs 1-2 ildən sonra digər yerlərdə təkrar olunsun. Bizim hər birimiz gərək bu işdə iştirak edək, BMT-nin əhəmiyyətli qlobal layihəsinin həyata keçirilməsinə töhfəmizi birlikdə artırmağa nail olaq".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR