Slimfit
  1. SİYASƏT

Vaşinqtonun meri 28 May - Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

Vaşinqtonun meri 28 May - Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb
Sakura

Vaşinqtonun meri 28 May - Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 106-ci illiyi ilə əlaqədar Bəyannamə imzalayıb.

“Report” ABŞ bürosu xəbər verir ki, bəyannamədə 1918-ci il 28 may tarixində qadınlara seçki hüquqlarını təmin edildiyi Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulduğu bildirilib.

Eyni zamanda Azərbaycan Demokratik Respublikasının yaranması münasibətilə dünyada 50 milyondan çox azərbaycanlının Müstəqillik Gününü qeyd etdiyi vurğulanıb.

Bundan başqa Bəyannamədə bu il Azərbaycanın müstəqilliyinin bərpasından otuz üç il və ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından otuz iki il keçdiyi qeyd olunub.

Mer Bouzer imzaladığı Bəyannamədə Vaşinqtonda Azərbaycan Səfirliyinin mövcudluğu və Azərbaycan icmasının şəhərin təhsil və mədəniyyət müxtəlifliyinə verdiyi töhfələrlə çox zənginləşdiklərini qeyd edib.

Qeyd edək ki, Vaşinqton meri tərəfindən hər il 28 may tarixində Bəyannamə imzalaması artıq ənənəyə çevrilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR