Dərc edildi: Baxış sayı: 456
Vaşinqtonda və Nyu-Yorkda İranla müharibəyə qarşı mitinqlər keçirilib
ABŞ-ın Vaşinqton və Nyu-York şəhərlərində yüzlərlə nümayişçi İranla vəziyyətin gərginləşməsinin qarşısının alınması və münaqişənin diplomatik yolla həllini tələb edən aksiyalar keçirib.
"Report" xəbər verir ki, bu barədə RİA “Novosti" məlumat yayıb.
Vaşinqton və Nyu-Yorkdakı yürüşlər pasifist təşkilatlar koalisiyasının ölkə daxilində keçirməyi planlaşdırdığı 200-dən çox tədbirdən birincisi olub.
Onların mitinqi dinc və hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşmasız keçib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət