Slimfit
  1. DÜNYA

Vaşinqton Yaponiya-Şimali Koreya liderlərinin mümkün görüşünü dəstəkləyir

Vaşinqton Yaponiya-Şimali Koreya liderlərinin mümkün görüşünü dəstəkləyir
Sakura

Vaşinqton Yaponiya-Şimali Koreya liderlərinin mümkün görüşünü dəstəkləyir

Rəsmi Vaşinqton Yaponiya və Koreya Xalq Demokratik Respublikasının (KXDR) liderləri Fumio Kişida və Kim Çen Inın mümkün görüşünə dəstək verəcək.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, bu fikri ABŞ Milli Təhlükəsizlik Şurasının Şərqi Asiya və Okeaniya üzrə baş direktoru Mira Rep-Huper deyib. “ABŞ-ın müttəfiqlərindən biri əgər Şimali Koreya ilə əlaqə qurmaq istəyirsə, deməli, bunun üçün səbəblər var”, - deyən Ağ Ev rəsmisi əlavə edib ki, Vaşinqton bu cür addımları dəstəkləyəcək, birlikdə çalışacaq və bir-biri ilə məsləhətləşəcək.

ABŞ-ın Şimali Koreya məsələləri üzrə digər rəsmisi Canq Pak da Pxenyan ilə istənilən dialoq və diplomatiyanı dəstəkləyəcəyini deyib. O, bununla belə Şimali Koreyanın Rusiya və Çindən başqa ölkələrlə dialoq və diplomatiya qurmaqda maraqlı olmadığının göründüyünü deyib.

Qeyd edək ki, fevralın 15-də Şimali Koreya liderinin bacısı Kim Yo Conq ikitərəfli münasibətlərin yaxşılaşması üçün Yaponiyanın Baş naziri Fumio Kişidanın Pxenyana səfərinin mümkün olduğunu, səfərin rəsmi Tokionun Yaponiya vətəndaşlarının qaçırılma məsələsini maneə kimi görməyəcəyi təqdirdə baş verə biləcəyini açıqlayıb.

Söhbət Şimali Koreyanın xüsusi xidmət orqanlarının 1977-1983-cü illərdə Yaponiyadan, İspaniyadan və İngiltərədən ümumilikdə, 17 yaponu qaçırmasından gedir. 2002-ci ilin sentyabrında Yaponiyanın sabiq baş naziri Cuniçiro Koyzumi Şimali Koreyaya səfər edərkən KXDR-in o zamankı lideri Kim Çen İr 13 Yaponiya vətəndaşının qaçırılması faktını etiraf edərək üzrxahlığını bildirmiş, amma bu əməllərin ölkə rəhbərliyinin xəbəri olmadan baş verdiyini demişdi. Qaçırılan yaponlardan beşinin həmin ilin oktyabrında vətənə qayıtmalarına icazə verilmişdi. Sabiq baş nazir Cuniçiro Koyzuminin 2004-cü ildə Pxenyana 2-ci səfərindən bir qədər sonra ilk mərhələdə qaytarılan yaponlardan ikisinin Şimali Koreyada doğulan 5 övladının da Yaponiyaya qayıtmaları mümkün olmuşdu. Qalanların taleyindən isə hələ də xəbər yoxdur. Rəsmi Pxenyan onların öldüyünü, bununla da mövzunun bağlandığını bildirsə də, Yaponiyada belə hesab edirlər ki, qaçırılan yaponların bəziləri hələ də sağdır. Onların KXDR-in xüsusi xidmət orqanlarının casuslar hazırlayan məktəblərində yapon dili və mədəniyyətinin tədrisi üçün istifadə edildiyi güman olunur.

Qaçırılan yapon vətəndaşları problemi Yaponiya-KXDR münasibətlərinin açar məqamlarından biridir. Məsələ beynəlxalq müstəvidə, o cümlədən BMT-də də dəfələrlə qaldırılıb.

Şimali Koreyanın Yaponiyadan başqa müxtəlif məqsədlərlə Cənubi Koreya, Fransa, Niderland, ABŞ, İtaliya, İordaniya, Tailand, Livan, Malayziya, Sinqapur və Rumıniya vətəndaşlarını da qaçırmasına dair məlumatlar var.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR