Slimfit
  1. ƏDƏBİYYAT

Varxiyanlı Aşıq Məhəmməd - Yarıdı bu

Varxiyanlı Aşıq Məhəmməd - Yarıdı bu
Sakura

Varxiyanlı Aşıq Məhəmməd - Yarıdı bu

Sallanıban yüz naz ilə, 
Gələn kimin yarıdı bu? 
Qəddi-qamət, nə qiyamət, 
Xırdaca dilbəridi bu.
Qabağı vəchi-qəmər, 
Yanağı əhməridi bu.
Qaşı kaman, kirpiyi ox, 
Gözləri xumarıdı bu. 
Sinəmdə dəftər olub, 
Dilimin əzbəridi bu.
Əzbərdi, bəstə,
Dəhanı püstə,
Ləbləri məstə,
Cənnət libasda,
Dal gərdən üstə.
Qıvrılmış siyah tellər, 
Deyəsən şahmarıdı bu.
Heç tanmmaz bu misalda, 
Gözəllər sultanı deyim. 
Ərşdə mələk, yerdə qılman, 
Ol uca bəndəni deyim.
Aşığı məşuq edən,
O güli-xəndanı deyim. 
Ləlü-mərcan, cəvahirdi, 
Dəhanı dəndanı deyim. 
Vəsfi düşübdü aləmə, 
Dillərdə dastanı deyim.
Dastan olmuş xalı var, 
Ləblərinin balı var,
Ağ üzünün xalı var,
Nazik, incə beli var,
Əcəb şirin dili var.
Avazı xoş bülbül kimi, 
Kəlməsi şəkəridi bu.
Mən ha mayıl olmuşam,
Dal gərdənin minasına.
Ağ əllər boyanıbdı, 
Əlvan-əlvan xınasına. 
Səd-afərin düzülübdü, 
Əyrəmcələr şanasma. 
Tərlan olub mən gəlmişəm, 
Bu gözəllər sonasma. 
Oylağmda boylanıram,
Göz dikmişəm binasma. 
Binası göyçək,
Çəməndə çiçək,
Sərində ləçək,
Üzündə birçək,
Mən deyim gerçək.
Siz də inanın ariflər,
Bir belə düxtəridi bu.
Bircə baxm bu cavanm,
Nə əcəb türfə çağı var. 
Bəsləyib hər tərəfdən,
Bir cüt şamama tağı var. 
Açılıbdı sinə meydan, 
Mərmərə bənzər ağı var. 
Müşkü-ənbər iyli,
Qoxusu, ətri, yağı var. 
Bağma bağban oldum, 
Cənnət misalı bağı var. 
Bağmda lala,
Həm sağü-sola,
Çıxanda yola,
Düşdüm xəyala,
Başıma bəla.
Tərif deyim, qulaq asm, 
Gözəllər sərdarıdı bu.
Çıxanda ceyran balası,
Necə gəlir düzdə, baxm.
Bir belə yeriş yeriməz, 
Ördək ilə qaz da baxm. 
Geyinib əlvan-əlvan, 
Örtübdü gülgəz də baxm. 
Süsən, sünbül, tər bənövşə, 
Açılıbdı yazda, baxm.
Mən bu qədər vəsf edirəm, 
İnanmırsız, siz də baxm. 
Baxm bu qaşı kamana, 
Batıbdı qara, dumana, 
Könül düşdü gümana, 
Oylağmda çəmənə,
Tez yetirin dərmana. 
Məhəmmədi dərdə salan, 
Belə sitəmkarıdı bu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR