Dərc edildi: Baxış sayı: 624
Varxiyanlı Aşıq Məhəmməd - Tən edər
Talada sevmişəm mən bir şahbazı,
Sərv boyu tuba boya tən edər.
Süzübən baxanda məstü-məstana,
Qaşları əyməsi yaya tən edər.
Qoynun içi mixək, darçın, hil kimi,
Boyu uzun, saçları sünbül kimi,
Ağı ağdı, qırmızısı gül kimi,
Yanağı günəşdi, aya tən edər.
Məhəmmədin könlünə saldın güman,
Məməsi fincandı, sinəsi meydan.
Ərşdəki mələk tək, behiştdə qılman,
Gözəllikdə Züleyxaya tən edər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət