Dərc edildi: Baxış sayı: 624
Varxiyanlı Aşıq Məhəmməd - Qadasın aldığım
Bu bağlara bağban idim, bar, qadasm aldığım.
Bəslədibdi dal budaqda nar, qadasm aldığım.
Bahar fəsli, yaz məhsulu, bağların yaraşığı.
Yanaqların tazə güldü, zər, qadasm aldığım.
Bağda səhər qarşı gəlir, işvə-nazlı dilbərim.
Qələm qaşlı, ay qabaqlı, xumar gözlü dilbərim.
Ay buxaqlı, gül yanaqlı, günəş üzlü dilbərim.
Hər tərəfdən bircə busə ver, qadasm aldığım.
Məhəmmədəm, qorxum budu, bu iqrar yalan ola.
Naşı sərraf pozğun sala, seyrağıb talan ola.
Elə cana can qıygman, qədrini bilən ola.
Hər naşıynan həmdəm olma, yar, qadasm aldığım.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət