Dərc edildi: Baxış sayı: 640
Varxiyanlı Aşıq Məhəmməd - Canım
Ay ariflər, nə kəmtale qul oldum,
El içində haqqı zay olan canım.
Qədirbilməzlərin qədrini aldım,
Əməyi itibən zay olan canım.
Bağban idim bağda bar səbəbinə,
Bülbül idim gülüzar səbəbinə,
Biilqar, bivəfa yar səbəbinə,
Divanə Məcnuna tay olan canım.
Məhəmmədəm, bir murada yetmədim,
Baş götürüb qalmaqaldan getmədim,
Öz oxumu bir mənzilə atmadım,
Özgələr oxuna yay olan canım.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət