Dərc edildi: Baxış sayı: 712
Varxiyanlı Aşıq Məhəmməd - Ağlaram
Bir bəri bax, ay qadasm aldığım,
Xəbər gəlməz ellərindən, ağlaram.
Dedim abad olsun, bülbül oynasm,
Xar qovulsun güllərindən, ağlaram.
Hənalı barmağı, nazik əlləri,
Görməz olduq dəxi kəsik telləri,
Köçdü bizdən, iraq düşdü elləri,
Göz kəsildi yollarmdan, ağlaram.
Xəstə olub yar yanmda qalmadım,
Canan, sənə neçin qurban olmadım,
Günahkaram, mən yolunda ölmədim,
İntizaram yollarından, ağlaram.
Məhəmmədəm, bu zülmətdə qalmışam,
Üz tutuban ayağma gəlmişəm,
Gör iqlabım, necə şikəst olmuşam,
Ayrı düşüb dillərindən, ağlaram.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət