Dərc edildi: Baxış sayı: 258
Varşava “Vaqner”i Polşaya soxulmağa cəhddə ittiham edib
"Vaqner" özəl hərbi şirkətinin döyüşçüləri Belarusdan Polşa ərazisinə nüfuz etməyə çalışırlar.
Ens.Az APA-ya istinadən bildirir ki, bunu CNN telekanalına Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib.
"Yablonski Vaqner qrupunun əsgərlərinin Polşa ərazisinə soxulmağa çalışdığını iddia edərək, Belarusdan "çox real" təhlükənin gəldiyini bildirib", - telekanal qeyd edib.
Diplomat həmçinin bildirib ki, Polşanı daha çox hücum və ola bilsin ki, ölkənin hava məkanını pozmaq cəhdləri gözləyir. Lakin, Varşava geri çəkilmək fikrində deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət