Dərc edildi: Baxış sayı: 543
“Varmı elə bir adam ki, atasından qalan əmlakı yaddan çıxarsın?”
"Varmı elə bir adam ki, atasından qalan əmlakı yaddan çıxarsın?! Mən hələ də bunu başa düşmürəm. Siz başa düşürsüzmü?!"
"Qafqazinfo" xəbər verir ki, bu sualla MSK sədri Məzahir Pənahov komissiyanın üzvlərinə müraciət edib. M. Pənahov bildirib ki, bu mümkün deyil və burada məntiq yoxdur:
"Demək ki, namizəd əvvəldən qarşısına məqsəd qoyub ki, onu qeydə almasınlar".
MSK üzvü Almaz Qəhrəmanova bildirib ki, bu məsələdə anlaşılmazlığın yaranmasına səbəb Əmlak Komitəsinin DSK- ya başqa, Mərkəzi Seçki Komissiyasına isə əmlakla bağlı ayrı çıxarış verməsidir:
"Namizədlər belə iddia edirlər".
M. Pənahov bildirib ki, bu birbaşa məhkəməyə verilməli haldır ki, bunu kim edib.
Günel Türksoy
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət