Slimfit
  1. ARAŞDIRMA

Varlılar kasıblardan təkcə pulu ilə fərqlənmir

Varlılar kasıblardan təkcə pulu ilə fərqlənmir
Sakura

Varlılar kasıblardan təkcə pulu ilə fərqlənmir

“Varlılar kasıblardan sərvətiylə yox, şəxsiyyətiylə fərqlənir”, – Almaniyanın “Focus” jurnalındakı materialda tarixçi və sosioloq Rayner Tsitelmann belə yazır.

Bizimyol.info xəbər verir ki, varlıların kasıblardan nə ilə fərqlənməsi haqda yazı həm də tədqiqata söykənir. Münster, Maynts və Berlin Universitetinin əməkdaşları bu sosioloji istiqaməti araşdırıblar. Yazıda bildirilir ki, elm adamları 130 varlı ilə sorğu keçirib, onların psixoloji portretini yaratmağa çalışıb. Tədqiqatçılar bu qənaətə gəlib: “Varlılar emosional planda daha sabitdirlər, əsəbi davranışa daha az meyllidirlər; ekstravert obrazları var; yeni təcrübələrə açıqdırlar; daha ünsiyyətcildirlər və münaqişələrə hazırdırlar; daha mərhəmətlidirlər”.

Tsitelmann xeyli böyük iş görüb. Öz dissertasiyası üçün 45 zəngin adamdan müsahibə götürüb. Həmin adamların sərvəti 30 milyondan 1 milyard avroya qədər qiymətləndilirir. Hər müsahibə 1-2 saat sürüb.

Tsitelmann onların daha sabit psixiki vəziyyətinə əmin olub. Sosioloqun fikrincə, uğurun açarı da bundadır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR