Slimfit
  1. MARAQLI

Varlı olmağın 6 sirri: Bizə mane olan nədir?

Varlı olmağın 6 sirri: Bizə mane olan nədir?
Sakura

Varlı olmağın 6 sirri: Bizə mane olan nədir?

VALİDEYİNLƏRİMİZ çox yoxsuldurlar və onların bizə öyrətdiyi tək şey pul yığmaqdır. Əslində, yalnız əhalinin yarısı gələcək üçün pul yığır. Bəs müəllimlər? Onların əmək haqqı o qədər aşağıdır ki, nə isə yığmaq onlar üçün mümkünsüz bir şeydir.

İqtisadiyyat müəllimləri. Bu insanların bilikləri artıq aktual deyil, çünki onların əksəriyyəti kitabın üzünü son dəfə tələbəlik dövründə açıb. Onlar imkanlı deyillər, amma bizə imkanlı olmağın üsullarından bəhs edirlər.

Hətta MBA dərəcəsi belə artıq prestijli deyil. Malcolm Gladwell New York Timesqəzetində bu mövzuya aid bir neçə məqalə həsr edib.

Belə çıxır ki, varlı olmaq istəyiriksə, ekspertlərin fikirlərinə deyil, maliyyə maqnatların təcrübəsinə diqqət yetirməyimiz daha effektivdir. Bu, treyderlər, sahibkarlar və rəssamlar, monetizasiya mütəxəssisləri və s. ola bilər. Onlar həqiqəti bilirlər.

Sirr №1. Daha cəsarətli olun

Bizə deyirlər ki, sərmayə üçün pulu müxtəlif aktivlərə bölüşdürmək daha məqsədəuyğundur. Əslində, passiv sərmayəçi hər bir böhranda pul itirir və yalnız bazarın ümumi artımından qazanc əldə edir.

Bu, çox vacib fikirdir. Qazanmaq istəyirsinizsə, daha cəsarətli və diqqətli olmalısınız, çünki kapitalın müxtəlif istiqamətlərə bölüşdürülməsi heç bir fayda vermir.

Sirr №2. Bəsdir təhlil etdiniz

Maliyyə məsləhətçiləri və keçəl professorlar bizə eyni şey deyirlər. Təhlil edin! Yeddi dəfə ölç, bir biç!

Əsl sərmayəçi bu məsləhətə diqqət etməz və başa düşər ki, bunun reallıq ilə heç bir əlaqəsi yoxdur. O, brokerlərin komissiyaları arasındakı fərqi müqayisə edir, portfelin tərkibinin və satın alma qaydalarının araşdırılmasına vaxt itirmir. Bazarın tarixini öyrənmək əvəzində, o, axşamlar TV-də xəbərləri izləyir.

Göstərdiyiniz səylərin 20% nəticənizin 80%-ni verir, ona görə də vaxtınızı itirməyin – sərmayəyə həftədə iki dəfə keyfiyyətli vaxt ayırın.

Sirr № 3. Hamı ilə dost olun

Birdə bank brokerlərinə nifrət edən sərmayəçilər var. Eləsi də var ki, yalnız səhm və obliqasiyalarda maraqlıdır. Nəticədə, bir məhsul bazarın yalnız bir problemini həll edir. Amma unutmayın ki, bazar dəyişkəndir və dərdin üstünə dərd gələ bilər.

Müvəffəqiyyət üçün daha geniş baxmaq lazımıdır:

  • Müxtəlif bazarları nəzərdən keçirin, hətta inkişaf edən bazarları belə
  • Müqəddəs inəklərin xətrinə dəymək (“Coca-Cola” səhmlərindən əl çəkin)
  • Yanaşmaları kombinə etmək

Bazarın bütün imkanlarını nəzərdən keçirin, qarşınıza heç bir məhdudiyyət qoymayın, əks halda bazar sizi strategiyanızı dəyişməyə özü məcbur edəcək.

Sirr №4. Söhbət yaş və maliyyədən getmir

Maliyyə məsləhətçisinin ənənəvi yanaşmasına görə, müştəri – ağılsızdır. O, pulunu yalnız Avropa depozitinə aparıb qoya bilər. Ağılsız! Axı Amerikaya diqqət yetirmək lazımdır.

Əslində, ümumi bir yanaşma yoxdur. Adətən insanları iki tipə bölürlər – aqressiv və ya konservativ sərmayəçi, varlı və ya kasıb, passiv və ya aktiv…Belə yanaşma öz aktuallığını itirib, bu gün daha geniş baxmaq lazımdır.

Hər bir şeyi siz özünüz müəyyən edirsiniz – yayda aktiv, qışda isə passiv sərmayəçi, həftənin çərşənbə günləri aqressiv və s. Heç bir sərhəd yoxdur, çünki ticarət sadələşib. Burada sizin hesabınız yox, xarakteriniz önəmlidir.

Əgər siz əsəbi insansınızsa, fondlara, obliqasiyalara və səhmlərə sərmayə edin. Əgər əskinə olaraq soyuqqanlı insansınızsa fyuçers, valyuta və ya başqa nələrisə sınayın. Analitikanı sevirsiniz? Daşınmaz əmlak və gəlirli icarə sahəsinə xoş gəlmişsiniz!

Nə yaş, nə pul sizi bir sərmayəçi kimi müəyyən etməli deyil. İşi sevə-sevə yerinə yetirmək üçün, xarakterinizə, daxili gülünüzə və maraqlarınıza diqqət edin.

Sirr №5. Komissiyaları saymayın

Postsovet ölkələrinin mentaliteti elədir ki, restorana gedəndə çaypulu qoymağı belə sevmirik. Bu özünü sərmayə sahəsində də göstərir: biz minimal komissiya axtarışında oluruq.

Əslində, məsləhətçinin və ya vasitəçinin xidmətləri o qədərdə baha başa gəlmir.

Hə, dünyada hələ də fırıldaqçılar var. Bazarda 10 ildən artıq işləyən təşkilatlara müraciət edin, onların təcrübəsindən yararlanın. Söhbət brokerlər, maliyyə məsləhətçiləri və rieltorlardan gedir.

Uşaq bağçasından tutmuş təlimlərə kimi hər yerdə bizə geniş profilli ekspert olmağı öyrədirlər. Məsələ ondandır ki, biz ekspert olmalı deyilik, özümüzü ekspertlərlə əhatə etməliyik.

Sirr №6. Sirr axtarmayın

İnsanlar sərmayə üçün asan, təhlükəsiz və əyləncəli yol axtarırlar. Bir çoxları buna bütün həyatını xərcləyir, sonra isə xarab olan paltar yuyan maşını təmir etmək üçün kredit götürür.

Asan, əyləncəli və təhlükəsiz yol yoxdur. Əslində, var, lakin axtarış nəzəriyyə deyil, təcrübə əsasında həyata keçirilir.

Siz elə düşünürsünüz ki, varlı insanlar qızıl, neft, evlər və ya maşınlara sərmayə edirlər? Yox. Onlar şəxsi maraqlara sərmayə edirlər. Müştərinin maraqlarını öyrənmək üçün, onlar müxtəlif ədəbiyyatlar oxuyur, fərqli müqavilələrə diqqət yetirir və maliyyə məhsullarını öyrənirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR