Slimfit
  1. MARAQLI

Varlanmaq üçün nə etmək lazımdır?

Varlanmaq üçün nə etmək lazımdır?
Sakura

Varlanmaq üçün nə etmək lazımdır?

Varlanmaq üçün nə etmək lazımdır və ya necə zəngin ola bilərəm ?! Uzun illərdi ki, insan övladı bu suala cavab axtarır. Odur ki, Fins.az uzun illərdi zəngin insanlar tərəfindən toplanmış təcrübə əsasında zənginliyin “düsturunu” təqdim edir.

1. Qazancınızı ölçün. Əgər siz hər ailə üzvünüz üçün 500 manat və daha çox gəlir əldə edirsinizsə varlanmaq şansınız var.

 

2. Xərclərinizi kontrol edin. Əgər gəlirinizin 70% dən çoxunu xərcləyirsinizsə onu azaltmaq üçün dəqiq planınız olmalıdır. Bu məqsədlə, hər ay sizi gözləyən xərclərin dəqiq siyahısını tutun. Bu siyahıdakı xərclərin cəmi gəlirinizin 60% ni keçməsin. Hər ay xərclərinizi mobil proqramlar vasitəsilə qeydə alın. Ay sonu xərcləri təhlil edin və mütləq artıq xərclər görəcəksiniz. Artıq xərcləri növbəti aylar kontrolda saxlayın və xərcləməyin. Beləliklə, hər ay gəlirinizin 30% ni yığa biləcəksiniz.

3. Düzgün investisiyalar edin. Yığımınızı həmin aydan mütləq investisiya edin. Bu investisiyalar ən azı sizə infilyasiya faizindən yuxarı gəlir gətirəcəkdir. İnvestisiyalarınızı ayda bir dəfə kontrol edin. İlk başda bank əmanətlərinə və istiqrazlara investisiya edəcəksiz. Bu normaldır. Ən risksiz investisiya dövlət istiqrazları almaqdır. Bu sizə 8-10% gəlir gətirəcəkdir. Beləliklə, yığımınız əlavə gəlir də gətirəcəkdir. Bilmədiyiniz işə investisiya etmək üçün peşəkarlardan investisiya məsləhəti alın. Zaman keçdikcə kapital bazarında digər alətlərə də investisiya edib daha çox qazana biləcəksiz. Bunu sizə brokeriniz təqdim edəcəkdir. Yetər ki, maraqlanın.

4. Vaxtınızı pula çevirin. Vaxtınız sizin ən böyük resursunuzdur. Gün ərzində ən azı 1-3 saat öyrənməyə sərf edin. Bu işlədiyiniz sahədən olan biliklər və ya investisiya barədə biliklər ola bilər. Sizə işiniz və investisiyalarınız gəlir gətirəcəkdir. 

5. Vaxtınızı sərf etdiyiniz işləri təhlil edin. Əgər hələ də nəsə almaq üçün mağazaya gedirsinizsə, bu vaxtı azaltmaq üçün internet marketlərdən istifadə edin. İlk başda razı qalmaya bilərsiz. Amma zaman keçdikcə ən optimal marketi tapacaqsız. Yola sərf etdiyiniz vaxtı ölçün. Ya yolda olarkən eyni zamanda nəsə öyrənin, ya da bu vaxtı qısaldın. Məsələn, velosipeddən istifadə etməklə, eyni zamanda idman da etmiş olarsız, yaxud gəzərək gedərək bunu edin. Boş vaxt saxlamayın və hər zaman öyrənin.

6. İşləməyi həqiqətən istəyin. İş vaxtından əlavə işləmək istəyin. Bu sizə daha çox dəyər yaratmaq imkanı verəcəkdir ki, son nəticədə bu əlavə dəyər əlavə pul gətirəcəkdir.

7. İş yeriniz sizin əməyinizə kifayyət qədər qiymət vermirsə və bunu edəcək rəqib şirkət varsa işinizi dəyişib rəqib şirkətə keçin. Belə daha qiymətli olacaqsız.

8. Nə etsəniz niyə etdiyinizi də bilin.

9. Bütün oxuduğunuz və ağlınıza batan məsləhətləri mütləq edin və çalışın davamlı edəsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR