Slimfit
  1. CƏMİYYƏT

Vardanyan həbs olunacaq - Azərbaycana milyardlarla təzminat ödəyəcək

Vardanyan həbs olunacaq - Azərbaycana milyardlarla təzminat ödəyəcək
Sakura

Vardanyan həbs olunacaq - Azərbaycana milyardlarla təzminat ödəyəcək

44 günlük Vətən müharibəsində proseslərin hərbi fazası öz həllini tapdı. Geriyə, siyasi və diplomatik yollarla həlli ediləcək məsələlər qaldı. Proseslər mərhələli şəkildə, məntiqi axarla davam edir və heç kim də iddia etmirdi ki, problem tez həll olunacaq, təcili sülh sazişi imzalanacaq və s. Ermənistan tərəfi də məcbur da olsa məsələlərin həllinə doğru gedir.

Və bunlardan biri üçtərəfli razılaşmanın dördüncü bəndi və doqquzuncu bəndləridir. İlkin olaraq Qarabağdakı separatçı, terrorçu xuntanın rəhbərləri Qarabağdan çıxarılmalıdır. Növbəti prosesdə isə onlara qarşı hüquqi təqib təmin edilməlidir”.

Ens.Az-ın məlumatına əsasən,Bu sözləri Publika.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib.

O qeyd edib ki, 30 il ərzində Azərbaycan ərazisində əhaliyə, resurslara qarşı törədilmiş bu cinayətlərin hamısının hüquqi bədəli var və ədalətin bərqərar olması üçün bu bədəl ödənilməlidir.

“Digər tərəfdən, onlar amnistiya olunmalarını istəyirlərsə, bunun da müəyyən şərtləri var.

Birincisi, onlar tam olaraq hüquqi təqibdən yan qaça bilməyəcəklər. Amnistiyaya düşmələri üçün bu vacib amildir. Yəni həbs olunmadan amnistiyaya düşmələri mümkün deyil. Bir də ümumi beynəlxalq praktikanın şərtləri var.

Bu şərtlər yerinə yetirilməlidir, çünki bu simaların bir çoxu Azərbaycana, xalqına, dövlətinə, təbiətinə qarşı cinayətlər törədiblər. Xüsusilə Ruben Vardanyan birinci həbs olunacaq adamdır.
Həbs olunması bir yana, Ruben Vardanyan sonrakı mərhələlərdə Azərbaycanın təbii resurslarının talanmasına görə milyardlıq təzminatları ödəməli olan birisidir. Bunun gerçəkləşməsi, sadəcə zaman məsələsidir”,- politoloq deyib.

Doqquzuncu bənd kommunikasiyalarının açılması və delimitasiya və demarkasiya məsələlərinin bir hissəsini əhatə edir.

Y.Hacıyevanın sözlərinə görə, sərhəddə baş verən verən son təxribatlar onu göstərir ki, terror koridoru formalaşdırmağa çalışanlar var: "Lakin ölkə başçısı Azərbaycanla sərhəddə terror koridoruna imkan verməyəcəyini çox açıq şəkildə bəyan edib və bildirib: "Ərazilərimizə təsadüfən keçmiş əsgərlər olduğu halda, Azərbaycan tərəfi onları qaytarır, amma cinayətlər törətmiş qruplar simasında Azərbaycana gələnlər isə hüquqi müstəvidə cavab verməlidirlər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR