Slimfit
  1. DÜNYA

“Vaqner” üsyanından sonra yoxa çıxmış generalın taleyi bilindi

“Vaqner” üsyanından sonra yoxa çıxmış generalın taleyi bilindi
Sakura

“Vaqner” üsyanından sonra yoxa çıxmış generalın taleyi bilindi

Ukraynadakı müharibənin önəmli simalarından olan və Putinin müharibədəki ən etibarlı adamı kimi tanınan Rusiyanın Hava-Kosmik Qüvvələrinin komandanı, eyni zamanda Ukrayna cəbhəsində əməliyyatlara rəhbərlik edən Sergey Surovik vəzifəsindən rəsmən azad edilib.

 Sfera.az xatırladır ki, Surovik “Vaqner” üsyanından sonra yoxa çıxmışdı və onun taleyi məlum deyildi.

 Rusiyanın “RİA Novosti” agentliyinin xəbərinə görə Sergey Surovikin  vəzifəsindən azad edilməsi rəsmən təsdiqlənib. Xəbərdə 2022-ci ilin oktyabr-dekabr aylarında Ukraynadakı Rusiya qoşunlarına komandanlıq edən Surovikinin yerinə müvəqqəti olaraq Rusiya Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi Viktor Afzalovun təyin edilib.

 Bu ilin iyunun 24-də “Vaqner” muzdlu dəstəsinin üsyanı zamanı Surovik vaqnerçilərə müraciət edərək silahı yerə qoymağa çağırmışdı. İğtişaşdan sonra Rusiya mediasında çıxan bəzi xəbərlərdə Surovikin dövləti dəstəkləməsinə baxmayaraq, haqqında istintaq araşdırmalarına başlanıldığı və onun ev dustaqlığında saxlandığı iddia edildi. O zaman ABŞ mediası yazırdı ki, Rusiya ordusunun ən önəmli simalarından biri olan general Surovikin “Vaqner”in üsyan planlarından əvvəlcədən xəbəri olub.  Suriya müharibəsində mühüm rol oynayan və sərt üsulları ilə tanınan Surovikin, Rusiya ordusunda böyük hörmət və dəstək alan şəxs kimi tanınır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR