Slimfit
  1. DÜNYA

"Vaqner" Ukraynanı tərk etdi

"Vaqner" Ukraynanı tərk etdi
Sakura

"Vaqner" Ukraynanı tərk etdi

“Vaqner”-in lideri Yevgeni Priqojin Donetsk vilayətinin Baxmut şəhərindən muzdlu birləşmələrinin geri çəkildiyini elan edib.

Redaktor.az UNİAN-a istinadla bildirir ki, Priqojinin mətbuat xidməti "Vaqner"çilərin geri çəkilməsinə başlanılması prosesinin videosunu öpaylaşıb. Görüntülərdə Priqojin özü də kadrlarda hərbi geyimli insanların yanında pozalar verib.

“Arxa bölgəyə gedirik... İyunun 1-nə qədər hamımız toplanacağıq, mövqelərimiz hərbçilərə təhvil veriləcək”, - deyə Priqojin bildirib.

Daha sonra o, dağıdılmış hündürmərtəbəli binanın fonunda gedərək hərbi texnikanın heyətləri ilə söhbət edib. Priqojin bir daha onlara bildirdi ki, iyunun 1-dək bütün PMC bölmələri istirahət etmək üçün arxaya gedəcək. Sonra yeni bir vəzifə olacaq.

"Baxmutdan bölmələri çıxarırıq. Mayın 25-i, səhər saat 5-dir. İyunun 1-dək əsas hissə düşərgələrə köçürüləcək. Mövqeləri hərbçilərə ötürürük. Sursat, mövqelər, hər şey, o cümlədən quru yemək. Hərbçilər üçün təbii ki, çətin olacaq, çünki Baxmutun tutulmasında əsas rolu olanlar- bizlər, ərazini tərk edəcəyik.”, - deyə Priqojin bildirib.

“Putinin aşpazı”nın bəyanatını Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun spikeri Sergey Çerevatı şərh edib. Onun sözlərinə görə, Vaqner Baxmut istiqamətində sadəcə məğlub olub, indi də geri çəkilir.

Xatırladaq ki, dünən “Vaqner”in lideri Yevgeni Priqojin etiraf edib ki, Rusiya ordusu Əfqanıstandakından qat-qat artıq Ukraynada böyük itkilər verir .

Onun sözlərinə görə, "Vaqner" ümumilikdə 20 min itki verib. Bu məlumatın Rusiya cəmiyyətində partlayışa səbəb olmasının qarşısını almaq üçün Vaqnerin lideri dərhal yalan danışıb ki, Ukrayna Silahlı Qüvvələrinin itkiləri guya bir neçə dəfə çoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR