Slimfit
  1. MƏDƏNİYYƏT

Vaqif Mustafayev Azərbaycanın kino sənətinə yeni və fərqli üslub gətirən rejissordur

Vaqif Mustafayev Azərbaycanın kino sənətinə yeni və fərqli üslub gətirən rejissordur
Sakura

Vaqif Mustafayev Azərbaycanın kino sənətinə yeni və fərqli üslub gətirən rejissordur

Avqustun 28-də Nizami Kino Mərkəzində görkəmli kinorejissor, Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı, “Space” teleşirkətinin prezidenti Vaqif Mustafayevin doğum gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin diplomatik nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, tanınmış ziyalılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xalq artisti Şəfiqə Məmmədova rejissorun ömür yolundan və çoxşaxəli fəaliyyətindən, yaradıcılıq uğurlarından bəhs edib. Qeyd edib ki, Vaqif Mustafayev Azərbaycanın kino sənətinə yeni və fərqli üslub gətirən rejissordur. Bildirib ki, Azərbaycan kinosunun tanınmış siması olan Vaqif Mustafayev bu günlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunub.

Sonra rejissorun “Bəyin oğurlanması” filmindən fraqment təqdim edilib. Filmdə səslənən “Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib” fikri rejissor sənətinin necə çətin və şərəfli olduğunu göstərir. Tədbir boyu rejissorun iş prosesindən, indiyədək çəkdiyi ekran əsərlərinin kadrarxası məqamlarından bəhs edən fraqmentlər nümayiş etdirilib. Həmin fraqmentlər Vaqif Mustafayev sənətinin böyüklüyünü bir daha göstərir.

Rejissorun filmlərində rol alan məşhur gürcü aktyoru Aftandil Maxaradze gecədə çıxış edərək bildirib ki, Vaqif Mustafayev təkcə Azərbaycanın deyil, regionun görkəmli və sevilən kinorejissorudur. Onun filmlərinə Gürcüstanda baxmayan yoxdur.

Tədbirdə çıxış edən tanınmış gürcü rejissoru Teymuraz Babluani Vaqif Mustafayevin kinematoqrafiya sahəsindəki əvəzsiz xidmətlərindən ətraflı danışıb.

Rejissoru təbrik edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib: “Filmin məsuliyyəti də, müvəffəqiyyəti də hər şeydən əvvəl rejissor işi ilə bağlıdır. Filmdə aktyor, aktrisa rol alsa da, film rejissorun adı ilə bağlıdır. Vaqif Mustafayev Azərbaycanın ən çətin tarixinə şahidlik edib və sevilən ekran əsərləri yaradıb. İnanıram ki, rejissor bundan sonra da eyni cəsarətlə, sənət ruhu ilə gözəl filmlər çəkəcək”.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Vaqif Mustafayevin yaratdığı filmlərin böyük rəğbətlə qarşılandığını vurğulayıb. “Vaqif müəllimi çoxdan tanıyıram. Onun sənədli filmləri sırasında 2010-cu ildə Azərbaycan neftçilərinə həsr etdiyi 4 seriyalı “Azərbaycan neft tarixi” filmi də var. Həmin filmin bir epizodunda mən də iştirak etmişəm. Mən o filmdə rejissor işinin necə çətin bir peşə olduğunun şahidi oldum”.

Mədəniyyət naziri Əbülfəs Qarayev Vaqif Mustafayevin həyat və yaradıcılığının Azərbaycan mədəniyyətində özünəməxsus yerini qeyd edərək bildirib ki, V.Mustafayev Azərbaycana məxsus bir çox xüsusiyyətləri öz ekran əsərlərində tamaşaçılara yumorla təqdim etmək bacarığına malikdir. Onun çəkdiyi sənədli filmlərdən danışan nazir rejissorun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən bəhs edən filmlərini xüsusi vurğulayıb.

Sonra mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin 2018-ci il 1 avqust tarixli Sərəncamı ilə rejissorun təltif edildiyi "Şərəf" ordenini ona təqdim edib.

Sonda tədbir iştirakçılarına təşəkkürünü bildirən rejissor indiyədək çəkdiyi kinoların kadrarxası məqamlarından, qarşılaşdığı maraqlı hadisələrdən söhbət açıb. Bu sahədəki fəaliyyətinin dövlətimiz tərəfindən daim qiymətləndirildiyini xüsusi vurğulayan Vaqif Mustafayev ona təqdim olunan “Şərəf” ordeninə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR