Dərc edildi: Baxış sayı: 481
Vaqif Əsədov: “Sarı zolaq”la bağlı sürücülərə protokol yazılmayıb"
"Baku-2019 - Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı bəzi küçə və prospektlərdə tətbiq edilmiş “sarı zolaq” qadağası qüvvədən düşüb”.
Bunu APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O qeyd edib ki, bir neçə fakt istisna olmaqla, “sarı zolaq”la bağlı sürücülərə hər hansı bir inzibati protokol tərtib olunmayıb: “Bu da o deməkdir ki, sürücülər paytaxtımızda keçirilən tədbirinin əhəmiyyətini düzgün qəbul edərək polislə həmrəylik nümayiş etdirib. Buna görə bütün sürücülərimizə təşəkkür edirik”.
Qeyd edək ki, iyulun 20-dən 28-dək Baku-2019 Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı paytaxt yollarına çəkilmiş xüsusi "sarı zolaq"lara digər nəqliyyat vasitələrinin girişi qadağan edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət