Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Valideynlərin uşaqlarını məktəbə göndərməmək hüququ olacaq

Valideynlərin uşaqlarını məktəbə göndərməmək hüququ olacaq
Sakura

Valideynlərin uşaqlarını məktəbə göndərməmək hüququ olacaq

"Distant təhsil paralel davam etdirildiyinə görə valideynlərin uşaqlarını məktəbə göndərib-göndərməmək seçimini tanıyırıq".

Ens.az xəbər verir ki,məktəblər pandemiya dövründə xüsusi qaydalar əsasında fəaliyyət göstərəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev bildirib.

O, deyib ki, məktəblərdə sanitar gigiyenik normaların hazırlanması ilə bağlı iş gedir. Nazir qeyd edib ki, məktəb binasına daxil olarkən həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçüləcək, tibbi maskalardan istifadə olunacaq, sosial məsafə gözləniləcək, mütəmadi olaraq dezinfeksiya işləri görüləcək:

"Hərarəti olan valideynlər öz övladlarını məktəbə göndərməməlidirlər. Ailədə hərarəti olan şəxs varsa o ailənin üzvü olan şagird dərsə gəlməməlidir. Bu məsələdə valideynlər çox diqqətli olmalıdırlar. Biz məktəblərin ənənəvi qaydada davam etməsini istəyiriksə, qoyulan qaydalara əməl etməliyik. Distant təhsil paralel davam etdirildiyinə görə valideynlərin uşaqlarını məktəbə göndərib-göndərməmək seçimini tanıyırıq. Bu seçim valideynlərin öhdəsinə buraxılır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR