Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Valideynlər uşaqların infeksion xəstəliklərə yoluxduğu barədə həyəcan təbili çalır

Valideynlər uşaqların infeksion xəstəliklərə yoluxduğu barədə həyəcan təbili çalır
Sakura

Valideynlər uşaqların infeksion xəstəliklərə yoluxduğu barədə həyəcan təbili çalır

Nəsib Quliyev yay aylarında uşaqların xəstələnməsinin səbəbini həm qidalarda, həm dənizdə, həm də ətraf mühitdə görür

Uşaq infeksion xəstəxanalarına və xəstəxanaların infeksion xəstəliklər şöbəsinə mövsümi xəstəlik şikayətləri ilə gətirilən balaca pasiyentlərin sayı artıb. Bunu Sputnik Azərbaycan-a AR Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bildirib.

Onun sözlərinə görə, belə bir mənzərə onun rəhbərliyi altında fəaliyyət göstərən tibb müəssisəsində (K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu) də müşahidə olunur. Buna baxmayaraq, Azərbaycanda uşaqlar arasında hər hansı epidemiyanın yayılması müşahidə edilməyib.

Qeyd etmək lazımdır ki, son günlər sosial şəbəkələrdə valideynlər uşaqların demək olar ki, oxşar simptomlarla xəstələndiyini yazırlar. Bu, qarında güclü ağrılar, yüksək temperatur və bir sıra hallarda da diareya (ishal) ilə müşahidə olunur.

Quliyev öz növbəsində qeyd edib ki, bu mənzərə rotavirusa, dizenteriyaya, yaxud da salmonellezə yoluxan uşaqlar arasında mühaşidə olunur.

Yay aylarında uşaqların xəstələnməsinin əsas səbəbi mövsümi xəstəliklərlə əlaqədardır. Onlar isti, yaxud günəş şüalarının təsirindən, eləcə də bağırsaq pozğunluqlarından baş verə bilər. Baş pediatrın sözlərinə görə, bəzən uşaqlar günün altında başıaçıq vəziyyətdə uzun müddətdə qaldıqda onları gün vurur. Mövsümi xəstəliklərin ikinci səbəbi isə ilk nöbvədə qidalarla bağlıdır. Yay vaxtı qida rasionu meyvə, giləmeyvə və tərəvəzlərin hesabına xeyli genişlənir. Buna paralel olaraq, ərzaqların isti havada tez xarab olması riski də böyüyür.

"Ona görə də, biz yay vaxtı uşaqlarda qusma və ishalla müşayiət olunan bağırsaq pozğunluqlarına tez-tez rast gəlirik" — deyə Quliyev bildirib.

O deyib ki, orqanizmə təkcə qidaların nizamsız şəkildə qəbulu ziyan vurmur. Həm də yayda tez-tez tərkibində müxtəlif bakteriyaların əmələ gəldiyi boyat yeməklərin və köhnə ərzaqların istehlakı da müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

"Misal üçün balaca uşağa tam bişməmiş kabab verirlər. Uşaq salmonellezlə yoluxur. Yaxud 6 aylıq uşağın qidaları dəyişmə vaxtı yay aylarına təsadüf edəndə, biz ona verilən ana südünün digər qidalarla əvəzlənməsini məsləhət görmürük. Sadəcə məsləhət görürük ki, balacanı ana südü ilə əmizdirməkdə davam etsinlər, ancaq ona daha çox ana südü versinlər"- deyə pediatr bildirib. Həkim körpələrin qida rasionunu yalnız sentyabr ayında, havalar qismən sərinləşməyə başlayanda dəyişməyi məsləhət bilir.

Uşaqların orqanizmi üçün digər risk faktorlarından biri də dənizdə çimməkdir. Ümumiyyətlə, çimməyin qadağan edildiyi ərazilərdə uşaqların çimməsi onların immunitetinin zəifləməsinə və bağırsaqlarında ciddi problemlərin yaranmasına səbəb ola bilər.

Son olaraq pediatr bildirib ki, valideynlər uşaqlara qulluq məsələsində diqqətli olmalıdırlar. Uşaqların qidalarının təmizliyinə və təzəliyinə, gündəlik rejimlərinə və onların ətraf mühitinə diqqət yetirmək vacibdir.

 

Mənbə: Sputnik.az

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR