Slimfit
  1. AZƏRBAYCAN

Valideyn və şagirdlər yeni dərs ilinə necə hazırlaşır?

Valideyn və şagirdlər yeni dərs ilinə necə hazırlaşır?
Sakura

Valideyn və şagirdlər yeni dərs ilinə necə hazırlaşır?

2019-2020-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq Bakıda və bölgələrdə təşkil edilən məktəbli yarmarkalarında alış-satış davam etdirilir. Dərs ilininin başlanmasına bir neçə günün qalması məktəbli formalarının və ləvazimatlarının alış-satışını sürətləndirib.

Report”un çəkiliş qrupu yeni tədris ilinin başlanmasına hazırlıqlarla bağlı paytaxda məktəbli ləvazimatlarının satış yarmarkalarında və Bakı Tikiş Evinin hazırladığı məktəbli formalarının satıldığı mağazalarda olub.

Məlum olub ki, bəzi valideynlər şagird övladlarına məktəbli ləvazimatlarını bu gündən almağa başlasalar da, bəziləri isə alış-verişi yekunlaşdırdıqlarını bildirib.

“Demək olar ki, zəruri olan əksər məktəbli ləvazimatlarını - dəftər-kitab, məktəbli formasını almışıq. Təkcə məktəbli çantası qalıb. Hazırda ona da baxırıq. İl ərzində iki ədəd çanta alırıq. Dərs ili boyunca şagirdin istifadə etdiyi dərsliklərin çəkisi ağır olduğundan çantalar bəzən bu yükə tab gətirməyərək tez köhnəlir. Nə qədər keyfiyyətli olsa da, dözmür. Amma qiymətlərə gəlincə, ümumiyyətlə, yarmarkalardakı satış qiymətləri normaldır”, - deyə övladına məktəbli ləvazimatları almaq istəyən valideynlərdən biri deyib.

Bəzi valideynlər isə qiymətlərin baha olmasından şikayətləniblər. Satıcılar isə valideynlərin satış qiymətlərinin baha olmasını iddia etməsi ilə razılaşmadıqlarını, qiymətlərin ötən ilki ilə qiymətlərlə eyni olduğunu qeyd ediblər: “Valideynlər ən lazımlı ləvazimatları almağa üstünlük verirlər. Çanta, dəftər, qələm, albom, karandaş və.s ən vacib məktəbli ləvazimatlarıdır. Hazırda alıcılıq qabiliyyəti elə də yüksək deyil”.

Bakı Tikiş Evi tərəfindən satışın həyata keçirildiyi mağazalardan birində valideynlər geyimlərin qiymətlərinin münasib, keyfiyyətinin isə normal olduğunu qeyd ediblər: “Övladım birinci sinfə gedəcək. İlk dəfədir ki, buradan məktəbli ləvazimatları alıram. Qiymət normaldır. Keyfiyyəti də normal görünür, lakin buna istifadə etdikdən sonra əmin olacağıq. Çox adamın təriflədiyi üçün buradan alış-veriş etməyə qərar vermişik”.

Video: Vüqar Xanlarov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR