Slimfit
  1. CƏMİYYƏT

Valideyn-namizəd övladlığagötürmə hüququnun olub-olmamasını əvvəlcədən öyrənə bilər

Valideyn-namizəd övladlığagötürmə hüququnun olub-olmamasını əvvəlcədən öyrənə bilər
Sakura

Valideyn-namizəd övladlığagötürmə hüququnun olub-olmamasını əvvəlcədən öyrənə bilər

"Övladlığagötürmə üçün tələb olunan sənədlər artıq kağız daşıyıcılar vasitəsilə deyil, dövlət orqanlarının informasiya ehtiyatından əldə olunacaq".

APA-nın məlumatına görə, bunu "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin təqdimatını edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin E-xidmətlər və İnnovasiyalar şöbəsinin müdir müavini Emin Novruzov  bildirib.

Onun sözlərinə görə, bu, övladlığagötürmə sahəsində idarəetmənin obyektiv və şəffaf, çevik həyata keçirilməsinə şərait yaradır: "Qanunvericilikdə nəzərdə tutulan qurumlar valideyn himayəsindən məhrum olmuş uşağı aşkar etdikdən sonra bu barədə məlumatları altsistemə 24 saat ərzində daxil etməlidir. Məlumatlar daxil edildiyi gündən həmin uşaq vahid uçota alınır".

E. Novruzov deyib ki,  valideyn-namizəd şəxsi kabinetindən altsistemin qiymətləndirmə bölməsinə daxil olaraq müvafiq məlumatları daxil etməklə, övladlığagötürmə hüququnun olub-olmamasını əvvəlcədən öyrənə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR