Slimfit
  1. AZƏRBAYCAN

Valideyin övladından aliment tələb edə bilərmi?

Valideyin övladından aliment tələb edə bilərmi?
Sakura

Valideyin övladından aliment tələb edə bilərmi?

Femida.az vətəndaşlara hüquqi yardım layihəini davam etdirir. Bu dəfə təqdim etdiyimiz mövzu alimentlə bağlıdır.

SUAL: Valideyin övladından aliment tələb edə bilərmi ?

CAVAB: AR Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

- Aliment tutulma qaydası könüllüdür və ya məcburidir.

- Birinci halda, tərəflər saziş bağlaya bilərlər və ya vicdanlığa əsaslanmalıdırlar. 
- Əks halda aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 

- Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR