Slimfit
  1. AZƏRBAYCAN

Valeh Ələsgərov: 'Azərbaycan yataqlardan yeni texnologiyalarla daha çox neft və qaz hasil edəcək'

Valeh Ələsgərov: 'Azərbaycan yataqlardan yeni texnologiyalarla daha çox neft və qaz hasil edəcək'
Sakura

Valeh Ələsgərov: 'Azərbaycan yataqlardan yeni texnologiyalarla daha çox neft və qaz hasil edəcək'

“2050-ci ilə qədər enerji ehtiyatlarının 80 faizi kömür, neft və qaz olacaq. Halbuki əvvəllər kömürdən istifadənin dayandırılacağı barədə fikirlər səsləndirilirdi. Qeyd edim ki, indiyə qədər kömürdən istfadə 4 dəfə artıb və bu gün dünyada ən çox istifadə edilən enerji vastəsi məhz kömürdür”.

Report” xəbər verir ki, bunu “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edən Milli Məclisin (MM) sədr müavini Valeh Ələsgərov deyib.

O bildirib ki, yeni texnologiyalardan istifadə edilərək Azərbaycanda yataqlardan daha çox neft və qaz hasil ediləcək.

MM sədrinin müavini əlavə edib ki, gələcəkdə mütləq şəkildə yeni yataqlar aşkar ediləcək: “Torpaq altında 0 dərəcədən aşağı olan yerlərdə su ilə birgə donmuş trilyonlarla kubmetr həcmdə qaz ehtiyatları var. Gələcəkdə təbii ki, belə yataqlardan da istifadə edilməsi texnologiyası tapılacaq”.

V.Ələsgərov qeyd edib ki, Azərbaycan nefti və qazı ilə özünü dünyada etibarlı tranzit ölkəsi kimi tanıda bilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR