Slimfit
  1. DÜNYA

Vahid Ələkbərov Putinə müraciət etdi

Vahid Ələkbərov Putinə müraciət etdi
Sakura

Vahid Ələkbərov Putinə müraciət etdi

“LUKOİL” Xəzər dənizinin Rusiya sektorunun qərb hissəsindəki üç əraziyə geoloji kəşfiyyat üçün giriş əldə etmək istəyir.

“Kommersant”ın yaydığı xəbərə görə, şirkətin rəhbəri Vaqif Ələkbərov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə bu barədə məktub göndərib.

Bu ərazilər Tyuleniy adasının yaxınlığında yerləşir.

Növbəti üç ildə şirkət orada dörd kəşfiyyat quyusu qazmağı və üç min kvadratmetr ərazidə 3D seysmik tədqiqatlar aparmağı planlaşdırır.

Bununla yanaşı, Ələkbərov 2016-cı ildə Təbii Sərvətlər Nazirliyi tərəfindən tətbiq olunan deklarativ prinsipdən istifadə etməyi təklif edib. Lisenziya ilə şirkət istədiyi ərazidə təklif verilmədən geoloji kəşfiyyata başlaya bilər.

Sonradan digər şirkətlər həmin ərazi üçün müraciət edə bilməzlər.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın “LUKOİL” şirkəti Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda Xəzərin Azərbaycan sektorundakı perspektivli yataqların kəşfiyyatı sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR