Slimfit
  1. SİYASƏT

Vaezi Bakı ilə əlaqələrdən danışdı: Son 5 ildə…

Vaezi Bakı ilə əlaqələrdən danışdı: Son 5 ildə…
Sakura

Vaezi Bakı ilə əlaqələrdən danışdı: Son 5 ildə…

ABŞ sanksiyalarına baxmayaraq, İranla Azərbaycan arasındakı əməkdaşlıq və əlaqələr müxtəlif sahələrdə inkişaf edir.

Axar.az İSNA-ya istinadən xəbər verir ki, bu sözləri İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü zamanı deyib.

Azərbaycan, Rusiya və İran prezidentləri arasında qarşıdan gələn üçtərəfli sammitdən bəhs edən Vaezi sammitin ölkələr arasında, xüsusən ticarət birjalarında əməkdaşlığın daha da irəliləməsinə zəmin yaradacağını vurğulayıb.

O, Tehran-Bakı arasında hərtərəfli əlaqələrdən və ölkələr arasında keçən ilə nəzərən iki dəfə artan ticarət mübadiləsindən də danışıb:

“Tehran və Bakı əczaçılıq, avtomobil sənayesi, müştərək investisiya, regional məsələlər və sərhəd sahəsində çox yaxşı şəkildə əməkdaşlıq edir”.

O, son beş ildə iki qonşu ölkənin prezidentlərinin 12 dəfə görüşməsini Tehran və Bakı arasındakı münasibətlərin inkişafının göstəricisi olduğunu deyib.

Azərbaycan İqtisadiyyat naziri Şahin Mustafayev də öz növbəsində iki ölkə və xalqlar arasında münasibətlərin genişlənməsindən və ikitərəfli etimaddan məmnunluğunu bildirib, dostluq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Nazir ABŞ-ın təzyiqləri və sanksiyalarının İranla əlaqələrə təsir etmədiyini də vurğulayıb:

“Keçən illə müqayisədə Tehran-Bakı arasında mövcud olan ticarət birjaları ikiqat artıb. İran şirkətlərinin Azərbaycanda iştirakı nəzərəçarpacaq artımla müşayiət olunur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR