Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Uzunömürlü olmaq üçün bunları edin

Uzunömürlü olmaq üçün bunları edin
Sakura

Kərə yağından istifadəni maksimum azaltmaq lazımdır

Dünyada ən çox ölüm səbəbi ürək, qan-damar xəstəlikləridir. Bu xəstəliklərin qarşısını almaq üçün ürək, qan-damar sistemimizi qorumalıyıq.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər bunu nəzərə alaraq sağlam qidalanmağı, xüsusilə bu orqana xeyirli olan qidalar qəbul etməyə çağırırlar. Buna görə də mütləq şəkildə duru yağlardan istifadə edilməlidir. Kərə yağından istifadəni maksimum azaltmaq lazımdır.

Gün ərzində bir dəfə səbzədən olan yemək qəbul edin. Süfrənizdən balıq əksik olmasın. Balığı bişirərkən yağda qızartmamaq, buxarda bişirmək lazımdır. Qırmızı ətdən az istifadə edin.

Hər gün ən azı 30 dəqiqə gəzin. 1 ovuc qoz, fındıq, badam yeyin. Həftədə iki dəfə mərci, lobya kimi qidalara üstünlük verin. Hər gün süd və pendir yeyin.

Qızarma qidalardan uzaq olun. Gündə bir fincan yaşıl çay için. Duzdan az istifadə edin.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR