Dərc edildi: Baxış sayı: 449
Uzun müddət avtonom işləyə bilən “iPhone” modeli məlum olub
Mütəxəssislər müəyyən ediblər ki, “Apple” şirkətinin yeni smartfonu əvvəlki populyar modellərlə müqayisədə 1,5 dəfə daha çox avtonom işləyə bilər.
AZƏRTAC “life.ru” saytına istinadla xəbər verir ki, ekspertlər sınaqlar vaxtı yeni smartfonu “iPhone 8” və “iPhone 8 Plus” ilə müqayisə ediblər.
Məlumata görə, “iPhone XR” smartfonu yüksək məhsuldarlıqlı rejimdə 16 saat avtonom işləyə bilər. Musiqi dinləmə rejimində həmin qurğunun avtonom işləmə müddəti 50 saat davam edə bilər. Bu, “iPhone 8 Plus” ilə müqayisədə 1,5 dəfə yüksək göstəricidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət