Slimfit
  1. ƏDƏBİYYAT

Üzeyir Hacıbəyov - Şah Abbas və Xurşid Banu/Üçüncü pərdə

Üzeyir Hacıbəyov - Şah Abbas və Xurşid Banu/Üçüncü pərdə
Sakura

Üzeyir Hacıbəyov - Şah Abbas və Xurşid Banu/Üçüncü pərdə

BİRİNCİ ŞӘKİL
 
Şiraz şәhәrinin böyük bir b a z a r ı n d a vaqe olur. Sәhnәnin sol tәrәfindә aşpaz M ә s t a v ә r i n dükanı görünür. Mәstavәr dükanının qabağına yığılmış olan adamlara xörәk satır; o biri tәrәfdә cürbәcür dükanlar vardır; bir tәrәfdә qaraçılar oynayırlar. Müqәddәmәdәn sonra pәrdә qalxır. Q a r a ç ı q ı z ı oynayır. Böyük qaraçı oxuya-oxuya qaval vurur. Sair qaraçılar da yerindә oxuyurlar.
 
(M u s i q i)
 
Q a r a ç ı (qaval vura-vura)--
 
Gәl yanıma, gözüm, mәn sәnә qurban!
 
O b i r i l ә r--
     
Gәl, yarım, mәn öllәm, gәl, canım, mәn öllәm!
 
Q a r a ç ı--
    
Gir qoynuma, özüm mәn sәnә qurban!
 
O b i r i l ә r--
     
Gәl, yarım!... (vә ilaxır).
 
Q a r a ç ı--
     
Eşitmişәm sәnin özgә yarın var!
 
O b i r i l ә r--
     
Ay balam, mәn öllәm, ay yarım, mәn öllәm!
 
Q a r a ç ı--
     
Sәnin hәmi gülün, hәmi xarın var!
 
O b i r i l ә r--
 
Ay balam, mәn öllәm!... (vә ilaxır).
 
M u s i q i. A d a m l a r buraya yığılırlar.
 
Q a r a ç ı--
 
Bir ala göz, uzun boylu (2 dәfә)
Dәrdimә dәrman eylәmәz!
Nazlı balam, bircә nolu,
Bizim çәmәndә gәlib gәz! (2 dәfә)
Eşqin oduna yanaram, (2 dәfә)
Dәrdimә dәrman eylәmәz!
Gah sönәrәm, gah yanaram,
Mәn yazığam, rәhm elә bәs. (2 dәfә)
 
(M u s i q i)
 
Sinәm olub para-para,
Dәrdimә dәrman eylәmәz!
Mәn nә edim, nәdür çara?
Nazlı balam, gedib gәlmәz! (2 dәfә)
 
(M u s i q i)
 
Q a r a ç ı qavalını açıb, pul yığır; bu әsnada Ş a h A b b a s dәrviş libasında olaraq buraya daxil olur. Şәhәr әhlindәn Dostәlinin qaraçılara acığı tutur.
 
D o s t ә l i (şur üstә)--Bu nә şadlıqdır yas günündә? Şәhәrin tamam yarısı matәmә batıb, amma siz burada şadlıq edirsiniz. Hәlә bizdәn pul da istәyirsiniz; doğrudan da ki, qaraçısınız.
 
(M u s i q i)
 
Q a r a ç i l a r çıxıb gedirlәr.
 
Ş a h A b b a s (Dostәliyә)--Söylә görüm nәdir bu yas vә matәmә sәbәb, nәdir? Nә olub, mәyәr nә bәdbәxtlik üz veribdir?
 
B i r d ә s t ә a d a m bunların başına yığılır.
 
D o s t ә l i--Ağa dәrviş, görünür ki, sәn buraya tәzә varid olubsan. Tamam neçә aydır ki, şәhәrimizin adamları itib yox olur. Bilmәk olmur ki, onları kim oğurlayır.
D ә s t ә--Doğrudur!
D o s t ә l i--Bir çox külfәt sahibsiz, atalar oğulsuz, bacılar qardaşsız qalıb, ah vә nәva edirlәr!
D ә s t ә--Doğrudur!
D o s t ә l i--Bu sirdәn heç kәs әyan ola bilmir; hәrgah sәn cadugәrsәnsә bu sirri faş et.
D ә s t ә--Faş et, ağa dәrviş, faş et!
 
M u s i q i. D i v a n ә gәlir, o da qulaq asır.
 
Ş a h--Bir dә mәnә söylәyin görüm, bu kimin dükanıdı vә nә dükandır ki, hәr kәs ora yüyürür?
D o s t ә l i--Yazıq dәrviş, görünür ki, sәn Mәstavәrin lәzziz taamından yemәmisәn.
D ә s t ә--Yazıq!
D o s t ә l i--Mәstavәr bir aşpazdır ki, onun kimi lәziz taam bişirәn heç Şah Abbasın sarayında da yoxdur.
D ә s t ә--Yoxdur!
D o s t ә l i--Bunun mәharәti qabağında heç aşpaz davam edә bilmәyib, cümlәsi dükanlarını bağladılar. Hәrgah lәziz taamdan mәhrum olmaq istәmirsәnsә sәn dә tez ol get, ondan xörәk al ye. Tez get, yoxsa dükanını bağlar, axşamdır.
D ә s t ә--Tez get, ağa dәrviş, tez get!
 
M u s i q i. H a m ı dükanlarını bağlayıb, buraya yığılır.
 
D i v a n ә--Ha-ha-ha! Tez get, ağa dәrviş, tez get! (Şur). Heç bilirsinizmi ki, Mәstavәr sizә nә yedirdir, ey mәnә divanә deyib özlәri mәndәn divanә olanlar?
D ә s t ә--Bu nә deyir?
D i v a n ә--Mәn onu deyirәm ki, Mәstavәrin sizә yedirdiyi nәdir, bilirsinizmi?
D ә s t ә--Lәzzәtli taamdır!
D i v a n ә--Ha-ha-ha!... Lәzzәtli taam!... Tez get, ağa dәrviş, tez get. Ey divanәlәr, Mәstavәr sizә insan әti yedirdir, insan!...
D ә s t ә--Xamuş, nә axmaq sözdür!
D o s t ә l i--Doğrudan da ki, divanәsәn!
D i v a n ә--Bәli, divanәyәm, amma sizdәn ağıllı divanәyәm! Mәstavәr adamları oğurlayıb başını kәsir vә әtini sizә yedirdir.... Tez get, ağa dәrvis, tez get!...
D ә s t ә (әl çala-çala)--Ay dәli şәpәli, ay dәli şәpәli, çıx bala-bala get!
 
M u s i q i. D i v a n ә gedir, bir neçә saniyәdәn sonra dәstә dәxi dağılıb, sәhnәdә bir Ş a h A b b a s vә bir dә M ә s t a v ә r öz dükanında qalır.
 
Ş a h (şur)--Dәlidәn doğru xәbәr.... Bu divanәnin sözü o ağıllıların sözündәn daha әhәmiyyәtlidir. Doğrudan da bu aşpazın lәzzәtli xörәklәri mәni şübhәyә salır. Gedim bir onun yanına.... Nә cәllad surәtli adamdır!
            
M u s i q i. M ә s t a v ә r ә yaxınlaşır.
 
Ş a h--
 
Şöhrәti tutmuş bu şәhәri namın,
Tәrif eylәr hәr kәs sәnin taamın;
Mәn binәva dәxi çox arzumәndәm ki, sәnin
Lәziz taamından dadmış olam.
 
(M u s i q i).
 
M ә s t a v ә r (göz altı ilә şaha baxır)--
 
Doğrudur, ağa dәrviş, doğrudur.
Bәs gәrәk sәni qonaq edim mәn; (kәnara)
Çәngimә düşmüsәn,
Çox әcәb gәlmisәn!
 
(Ona)
 
Doğrudur, ağa dәrviş, doğrudur!
Bәs gәrәk sәni qonaq edim mәn!
Keç bәri. Gәl bәri, bir az bәri, bir az daha irәli....
Ha-ha-ha!...
 
Bu halda ş a h durduğu yerdә yerin içinә gedir, ha gücәnir ki, yuxarı çıxsın olmur. Axırda bir quyuya düşәn kimi yox olur. Oh!... Ha-ha-ha! (mühib bir qәhqәhә).
 
PӘRDӘ
 
 
 
 
İKİNCİ ŞƏKİL
 
 
Bir z i r z ә m i d ә vaqe olur. Qaranlıqdır. Zirzәmidә Ş a h A b b a s d a n başqa beş nәfәr m ә h b u s dәxi vardır. Müqәddәmәdәn sonra pәrdә qalxır.
 
M ә h b u s l a r (şaha; tәsnif)--
 
Bәdbәxt dәrviş, sәn nә günahın sahibisәn?
Mәstavәrin hilәsinә oldun nişanә!
Gәl ağlaşaq bәs, ağa dәrviş, әhvalımıza,
Oldu bizә, ax, a yazıq, düşmәn zәmanә!
 
Ş a h (şüştәr)--
 
Söylәyin bir dәm mәnә bu hilәdәn mәqsәd nәdir?
Çәkdiyimiz zәhmәtә, dәrdә, qәmә illәt nәdir?
Zindәyik, ölmәmişik ki, qәbrә salmışlar bizi,
Söylәyin, Mәstavәrә, aya, görәk neylәr sizi?
 
M ә h b u s l a r (tәsnif)--
 
Bir-bir kәsәcәk, ağa dәrviş, bizi Mәstavәr.
Dünyada yoxdur, әcәba, bunca sitәmgәr.
Qurban әti tәk әtimizi doğram edәcәk,
Lәzizi taamlar bişirib, xәlqә verәcәk!
 
Ş a h (şüştәr) --
 
Ağlamaqla, ey rәfiqan, olmayır dәrdә dava,
Qoymayaq Mәstavәri versin bizә bunca cәfa,
Cәm olaq, hәmlә edәk, hәbs eylәyәk bu zalimi,
Ta gәrәk әdli-әdalәtlә ona olsun cәza!
 
M ә h b u s l a r (tәsnif)--
 
Bu fikirdәn gәl daşın, ey bixanә dәrviş!
Nә qәdәr biz cәhd eylәdik baş tutmadı iş!
On bir nәfәrdik, ağa dәrviş, etdik hәmlә biz,
Olduq axırda, a yazıq, mәğlub cümlәmiz!
 
Ş a h (tәsnif)--
 
Nәdir әlaci bu işin, bәs söylәyin siz (2 dәfә)
Göz görә-görә olalım qurban xәbisә?!
Ölmәk gözәldir yaşamaq әgәr bu isә.
 
M u s i q i. İ ş ı q görünür.
 
M ә h b u s l a r (qorxu ilә)--
 
Odur, gәlir!
         
M u s i q i. D a h a işıq.
 
Odur, gәlir, odur, gәlir, odur, gәlir!
 
M u s i q i. Qorxularından b i r-b i r i n ә qısılırlar.
 
M ә s t a v ә r (daxil olur, әlindә siyirmә xәncәr vә bilo)--A!... Xoş gördük, xoş gördük, qoyunlar, quzularım. Mәn gәldim ki, ikinizi tutub kәsim xörәk bişirim. (Musiqi). Xörәk bişirim, yüyürün mәnә sarı. (Onlar yüyürürlәr). Çәkilin dalı-dalı. (Onlar çәkilirlәr). Yüyürün mәnә sarı, çәkilin dalı-dalı. Öyrәnibsiniz qoçaqlarım, hay, hay. 
 
M u s i q i. Xәncәrini itilәyir. Bunlar әllәrilә üzlәrini örtüb ağlayırlar. Ş a h A b b a s mat vә mütәhәyyir tamaşa edir.
 
M ә s t a v ә r--A!... Mәn çobanam, mәn çoban, mәn çoban, siz qoyun! Mәn çoban, siz qoyun; gәlin bәri qoyunlarım. Bir-bir düzülün; әn әvvәl sәn, sәn, sәn. Sonra da sәn-sәn-sәn, ondan da sәn-sәn-sәn! Sonra da sәn-sәn-sәn-sәn! Axırda ağa dәrviş! Tez olun! Gün keçdi, tez olun, gün keçdi, tez olun, çox gecdir bu gün, tez olun, çox gecdir bu gün!
 
M ә h b u s l a r (yalvarırlar)--
  
Rәhm et, rәhm et, bizi öldürmә. (3 dәfә)
 
M ә s t a v ә r--A!... Düzülün bir-bir, tez olun bir-bir, düzülün bir-bir, tez! Tez-tez-tez-tez! Mәn gәldim ki, ikinizi tutub kәsәm, xörәk bişirәm. (Musiqi). Yüyürün mәnә sarı (onlar yüyürürlәr). Çәkilin dalı-dalı (onlar çәkilirlәr). Öyrәnibsiniz, öyrәnibsiniz, qocaqlar?m, hay-hay!... (Xәncәrini itilәyir).
Ş a h (öz başına; bayatı-şiraz)--Taxtın tarac ola, ey şah, bu zülmә bir çarәn yox, gözün önündә olan zülmә şahidsәn vә zülm qurbanısan.
M ә s t a v ә r--Tez düzülün!
Ş a h--Mәn ölümdәn qorxmuram, qorxum mәnim bu zülmdür. İntiqam almaq bu zülmdәn gәrәk, zülmü tamam rәf eylәmәk!
M ә s t a v ә r--Tez düzülün!
Ş a h--Nә edim, nә çarә qılım, nәdir dәrmanı bu dәrdin? Xәyal pәjmürdә, ağl tutqun, başımda huş pәrişandır.
M ә s t a v ә r--Tez düzülün!
Ş a h--Bari-ilahi, zehnimә bir fikir sal, eylә mәdәd!
Qoymayın bu zalimi töksün әbәs qanı yerә!
M ә s t a v ә r--Tez düzül!
 
M u s i q i. M ә s t a v ә r soxulub adamların içindәn birini tutub yerә yıxır vә qılıncını hazır edir başını kәsә. 
 
Ş a h (qışqırır)--Tapdım, tapdım, keçәçilik.... Ey şәxs, (rast üstә) bir lәhzә dayan, sәnә bir kәlmә sözüm vardır.
 
M u s i q i. M ә s t a v ә r qurbanını әlindәn buraxıb.
 
M ә s t a v ә r--Söylә!
Ş a h--Bu şәxsi qırıb, әbәs qan tökmәkdә sәnin muradın dövlәt qazanmaq deyilmi?
         
(M u s i q i)
 
M ә s t a v ә r--Әlbәttә, puldur!
Ş a h--Öylә isә, sәn bizә bir ay möhlәt ver, bir yol ilә sәnә xeyli pul qazandıraram.
M ә s t a v ә r--Nә sayaq?
Ş a h--Mәn dәrviş çox gözәl keçә qayıra bilirәm. Mәnim keçәlәrimin qiymәti çox bahadır, sәn bir iş eylә!
M ә s t a v ә r--Nә iş?
Ş a h--Sәn bazardan mәnә yun al vә keçәçi alәti al. Mәn bir keçә qayırım, bunlar da mәnә kömәk etsinlәr.
M ә s t a v ә r--Sonra?
Ş a h--Sonra sәn o keçәni apar Şah Abbasın imarәtinә vә ver şahın vәzirinә, o sәnә keçә әvәzindә o qәdәr pul verәr ki, bizim hamımızın bahası әvәzinә olar.
M ә s t a v ә r--Mәn razıyam, әgәr vәzir pul vermәsә?
Ş a h--O halda bizim qanımız sәnә halaldır.
 
M ә s t a v ә r fikrә gedir.
 
Ş a h (öz-özünә)--İndi bütün ümidim vәzirin fәrasәtinәdir. Yәqin keçәni görüb, mәnim xәtadә olduğumu anlar.
M ә s t a v ә r--Razıyam bu işә, amma gәr....
 
M u s i q i: tәsnif
 
Әgәr görsәm yalan vardır sәnin sözündә, dәrviş,
Sәn bil kim, әzab ilә kәsib çak eylәrәm.
 
(M u s i q i)
 
Mәnәm Mәstavәr, ey dәrviş, bunu әvvәlcә bil,
Mәni aldatmaq olmaz, bil, sәni xak eylәrәm.
 
(M u s i q i)
 
Bütün Şiraz yığılsa gәr bunu bilmәz ki, mәn
Kәsib insanları ondan da xörәk eylәrәm.
A!... (Kadensiya; tez gedir).
 
M ә h b u s l a r (tәsnif)--
 
Ağa dәrviş, allah sәndәn razı olsun,
Bu dünyada dәrdin, qәmin az olsun!
Hәmә vәqti hәr bir karın saz olsun!
 
Ş a h--Xuda kәrimdir, xuda!...
 
PӘRDӘ

 

Dördüncü pərdə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR