Slimfit
  1. ƏDƏBİYYAT

Üzeyir Hacıbəyov - Şah Abbas və Xurşid Banu/Dördüncü pərdə

Üzeyir Hacıbəyov - Şah Abbas və Xurşid Banu/Dördüncü pərdə
Sakura

Üzeyir Hacıbəyov - Şah Abbas və Xurşid Banu/Dördüncü pərdə

BİRİNCİ ŞӘKİL
 
Ş a h ı n s a r a y ı n d a vaqe olur. V ә z i r vә b e ş n ә f ә r әyan mәclis qurubdurlar. Müqәddәmәdәn sonra pәrdә qalxır.
 
V ә z i r (çahargah)--Tamam altı aydır ki, padşahdan bir xәbәr yoxdur.
                
(M u s i q i)
 
Çün nigaranam, çox pәrişanam, çox da heyranam!
 
(M u s i q i)
 
B i r i n c i ә y a n--Bәli, padşahın bu sәfәri çox uzun çәkdi. Bu qәdәr zaman paytaxtdan ayrıldığı heç yox idi....
 
(M u s i q i)
 
İ k i n c i ә y a n--Dilim-ağzım qurusun, bәlkә padşahın başına....
V ә z i r--Sus! Oylә söz demә, yoxsa camaat xәbәrdar olsa haman dәm şuriş düşәr.
 
(M u s i q i)
 
Ü ç ü n c ü ә y a n--Mәnim fikrimcә, hәr halda vәliәhdi paytaxta çağırmaq lazımdır, yoxsa sonra gec olar.
D ö r d ü n c ü ә y a n--Mәncә, heç bir şey lazım deyildir; inşaallah, padşah tezlik ilә gәlәr. Bu qәdәr iztirab әbәsdir.
İ k i n c i ә y a n--Xeyr, әbәs deyildir!
D ö r d ü n c ü ә y a n--Xeyr, әbәsdir!
Ü ç ü n c ü ә y a n--Heç әbәs deyildir!
B e ş i n c i ә y a n--Әbәsdir, әbәsdir!...
B i r i n c i ә y a n--Mәn çox nigaranam!
B e ş i n c i ә y a n--Mәn heç dә nigaran deyilәm!
D ö r d ü n c ü ә y a n--Mәn dә nigaran deyilәm!
İ k i n c i ә y a n--Sәnin üçün tәfavüt yoxdur!
B e ş i n c i ә y a n--Xeyr, sәnin üçün tәfavüt yoxdur!
Ü ç ü n c ü ә y a n--Ağzının sözünü danış!
B i r i n c i ә y a n--Әblәh taifә!
B e ş i n c i ә y a n--Әblәh sәnsәn!
D ö r d ü n c ü ә y a n--Sizsiz әblәh taifә!
İ k i n c i ә y a n--Sizsiz!
B i r i n c i ә y a n--Sizsiz!
B e ş i n c i ә y a n--Sәnsәn!
D ö r d ü n c ü ә y a n--Sәnsәn!
 
Sәs-küy düşür.
 
V ә z i r--Sakit! Әhalidәn әvvәl siz şuriş salırsınız. Sәbr ediniz, görәk bu işin çarәsi nәdir. Binәva Xurşid günüz axşama qәdәr yaş töküb ağlayır. Hәr halda biz hәlә bir neçә gün sәbr edәk, görәk nә olur.
 
M u s i q i. N ö k ә r daxil olur.
 
N ö k ә r--Xurşid banu izn istәyir!
V ә z i r--Buyursun, buyursun!
 
M u s i q i. X u r ş i d daxil olur.
 
X u r ş i d (müxalif)--
 
Gün gedib, aylar dolandı, padşahim gәlmәdi,
Atәşi-hicrә tәnim yandı da, şahim gәlmәdi,
Gözlәmәkdәn yolunu qan ağlayır bu gözlәrim,
Düşmәn oldumu mәnә bu xeyirxahim gәlmәdi!
 
Qәlbimә düşmüşdü әvvәl vahimә kim, bu sәfәr
Padşahın canına haşa yetirmәzmi xәtәr!
Altı ay keçdi o gündәn, gәlmәdi heç bir xәbәr,
Noldu ki, yarәb, mәnim dadü pәnahim gәlmәdi.
 
M u s i q i: tәsnif başı.
 
V ә z i r v ә ә y a n l a r (tәsnif)--
 
Xurşid, nәyә lazım bunca cәfa; (2 dәfә)
Sәbr et, bala, bala, sәn cәzә-fәzә eylәmә! (2 dәfә)
Şahın bu sәfәri millәtә edәr xidmәt; (2 dәfә)
Sәbr et, bala, sәn cәzә-fәzә eylәmә! (2 dәfә)
 
X u r ş i d--
 
Qorxum bunadır kim, şahim gedәr gәlmәz, (2 dәfә)
Bәs mәn necә edim cәzә-fәzә eylәmәyim? (2 dәfә)
 
M u s i q i. X u r ş i d әllәri ilә üzünü örtüb ağlayır.
 
V ә z i r v ә ә y a n l a r--
 
Xurşid, nәyә lazım bunca cәfa?! (2 dәfә)
Sәbr et, bala, bala, sәn cәzә-fәzә eylәmә! (2 dәfә)
 
(M u s i q i)
 
X u r ş i d (mәnsuriyyә)
 
Gecәlәr sabaha tәk yatmam yataqda, ağlaram,
Ah edib, nalә qılıb, öz sinәmi mәn dağlaram,
Sәn gedәrkәn yalvarırdım, ey şahım, apar mәni,
Ta xәtәr vaxtında qalxan eyliyim mәn sinәmi.
 
V ә z i r (çahargah)--
 
Ahü nalә fayda vermәz, әbәsdir göz yaşı,
Hәr işә tәdbir lazımdır, gәrәk bu müşkülü
Hәll üçün bir neçә gün sәbr eylәyәk.
 
Ә y a n l a r--
 
Şübhәsizdir ki, gәrәk sәbr eylәyәk!
 
V ә z i r--Xurşid, sәn get bir qәdәr istirahәt elә. Qorxma sәnin duan şahın üstündәdir. (Xurşid gedir). Siz hәr gün burada hazır olarsınız, hәr halda ehtiyatı әldәn buraxmaq olmaz, amma bu barәdә camaat heç bir söz bilmәsin, Әgәr beş günә qәdәr şah gәldi, gәldi vә ila gәlmәsә....
N ö k ә r (daxil olur)--Vәzir sağ olsun, bir nәfәr Şirazdan gәlib sizi görmәk istәyir.
H a m ı--Aha!...
V ә z i r--Yәqin bu şәxsi padşah göndәribdir. İlahi, sәnә şükür! Siz gediniz o biri otaqda gözlәyiniz.
 
M u s i q i. Ә y a n l a r çıxırlar, M ә s t a v ә r daxil olur, qoltuğunda bükülü keçә var.
 
V ә z i r (rast)--Söylә görәk mәtlәbin nәdir?
M ә s t a v ә r--Şiraz şәhәrindә bir dәrviş bu keçәni toxuyub, sizin hüzurunuza göndәribdir.
V ә z i r (kәnara)--Ah, şahın keçәsidir, mәn tanıdım! (Ona). Xob, keçә qalsın burada, sәn çıx get. (Kәnara). Gedim Xurşidә müjdә verim (gedir).
M ә s t a v ә r (öz-özünә acıqla)--Gedim? Bәs pul, bәs pul?
 
(T ә s n i f)
 
Aldatdı mәni mühil dәrviş,
Göndәrdi mәni sәrayi şahә.
Pul vermәdilәr, pis oldu bu iş;
Sәrf oldu bu qәdr vәqt rahә,
Gör mәn sәnә neylәrәm, a dәrviş!
Durmam, gәlirәm sәnә cәzaçün;
Gәlcәk sәnә eylә sancaram niş,
Ta xalq tamam vәhşәtә gәlsin!
 
M u s i q i. Gedir.
 
M u s i q i. V ә z i r vә X u r ş i d b a n u bir tәrәfdәn, әyanlar dәxi o biri tәrәfdәn gәlir.
 
V ә z i r (şikәsteyi-fars)--
 
Müjdә olsun sәnә, Xurşid, yarından xәbәrim var.
Sağ sәlamәt o şәhinşah, yanından xәbәrim var.
 
(Rasta enir).
 
Gör, budur, namәsidir padşahın, bu keçә,
Bunda çәkmiş, gәl-gәl etmiş, nişanından xәbәrim var.
 
X u r ş i d keçәni görcәk ağlayır vә keçәni öpür.
 
X u r ş i d--Bu gecә mәn bir yuxu görmüşәm, sizә nәql eylәyim!
H a m ı--Söylә, söylә (qulaq asırlar).
 
(M u s i q i)
 
X u r ş i d--
 
Gecә olcaq başlamışdım mәn ahi, (musiqi)
Yuxu tutdu, gördüm onda mәn şahi, (musiqi)
İtiribdir nә isә şahim rahi, (musiqi)
Mәni görcәk söylәdi: gәl-gәl-gәl-gәl!
Xurşid, gәl, tez-tez gәl, hey!...
 
(M u s i q i)
 
Baxıb gördüm şahım düşdü bir çahә, (musiqi)
Belә baxdım, heyran qaldım dәstgahә, (musiqi)
Yüyürüb tez çahә, baxdım mәn şahә, (musiqi)
Mәni görcәk söylәdi: gәl-gәl-gәl! Xurşid, gәl, tez-tez gәl, hey!...
 
(M u s i q i)
 
Dedi: әl ver, Xurşid, mәni azad et, (musiqi),
Kömәyә çağır tez xalqı, fәryad et. (musiqi),
Әlimi atdım, mәn şahdan yapışdım, (musiqi),
Quyudan çıxcaq söylәdi: gәl-gәl-gәl!
Xurşid, gәl, tez-tez gәl, hey!...
Hey!... Tez gәl-gәl!
 
(M u s i q i)
 
V ә z i r (çahargah)--Xeyir olsun, çox gözәl yuxudur.
H a m ı--Xeyir olsun, çox xeyir olsun!
X u r ş i d--Fikrimә bir şey gәlir....
V ә z i r--Nә var ki?
X u r ş i d--Bu keçәni göndәrmәkdә şahın fikri nә imiş?
V ә z i r--Şübhәsizdir ki, özündәn xәbәr verir.
X u r ş i d--Yox-yox, mәnim fikrimә başqa şey gәlir.
H a m ı--Nә var ki?
X u r ş i d--Bәlkә padşah bir tәhlükә içindәdir vә bu keçәni göndәrmәklә bizә xәbәr verir.
V ә z i r--Yox!... (Fikir edir). Amma ola bilәr. Keçәni gәtirәn necә oldu?
N ö k ә r--Çıxdı getdi!
X u r ş i d--Ah, bu saat onu geri qaytarın!
V ә z i r--Doğrudur, onu geri döndәrmәk lazımdır! Görәk şah nәrәdәdir!
 
N ö k ә r gedir.
 
B i r i n c i ә y a n--Xurşidin sözü mәnim ağlıma batır.
İ k i n c i ә y a n--Doğrudan da, şah tәhlükәdә ola bilәr.
Ü ç ü n c ü ә y a n--Nә eylәmәli, әlac nәdir?
N ö k ә r (daxil olur)--O adam Şiraza yola düşübdür. İstәsәniz dalınca gedәk.
X u r ş i d--Yox-yox, vәzir qoşun götürüb, qarabaqara onun dalınca getmәlidir.
V ә z i r--Mәn dә o fikirdәyәm. Öylә isә vaxtı itirmәk lazım deyildir. Gedәk. (Bir әyana). Әmr et qoşun hazır olsun. Biz hamımız, Xurşid dәxi bizim ilә bәrabәr o adamın dalınca yavaş-yavaş, qarabaqara gedәk, görәk o hara gedir; sözün doğrusu, onun sifәti mәnim xoşuma gәlmәdi, cәllada bәnzәr bir adamdır.
H a m ı b i r y e r d ә--tәsnif.
 
Yavaş-yavaş gedәk görәk bu şәxs kimdir vә nәçidir!
Şah Abbası nerdә görüb, bәlkә bu bir quldur, ya düzddürmü?
 
(M u s i q i)
 
Allah göstәrmәsin, şahımda xәtәr olar. (2 dәfә)
Şah Abbassız, Şah Abbassız dövlәt puç olar. (2 dәfә)
Yavaş-yavaş gedәk görәk bu şәxs kimdir vә nәçidir!
Şah Abbası nerdә görüb, bәlkә bu bir quldur vә ya, düzddür, a!...
Tez gedәk. (Gedirlәr).
 
PӘRDӘ
 
 
 
 
İKİNCİ ŞӘKİL
 
 
Yenә haman z i r z ә m i d ә vaqe olur. M ә h b u s l a r vә Ş a h A b b a s bidamaq oturubdurlar. Müqәddәmәdәn sonra pәrdә qalxır.
 
Ş a h A b b a s (kürd-şahnaz)--
 
Düşüb iraq yardan, oldum bәlayi-hicrә düçar!
Görüb o zülmü ki, aşiqlәr üzrә yağdırır girdar,
Cәzavü tәnbehә layiq olan şәxsә hәbs bari-giran,
Günah-cürmdәn azad olana gör nәdir bu rәftar?!
 
Sәrayi-şahda mәskun, bütün cahana amirkәn,
Şәhin mәkani bu zindan vә amiri--xunxar,
Gecә yatıb da yuxumda görüm ol mәhi-xurşidi,
Üzündә zülfi-pәrişan, ahüzar edib ağlar.
 
Nәdir әlaci bu dәrdin, ey xudayi-lәmyәzәli.
Tükәtdi ömrümü zindan, yox oldu sәbrü qәrar.
Olarmı bir o gün allah ki, azad olam, yoxsa
Yazıb qәza mәnә böylә bu zindanda qәbrü mәzar.
 
(M u s i q i)
 
M ә h b u s l a r (tәsnif)--
 
Bizi burdan azad eylә, ey dәrviş!
Bizi burdan azad eylә, ey dәrviş!
Çağır allah, fәryad eylә, ey dәrviş!
Çağır allah, fәryad eylә, ey dәrviş!
Sәni allah, imdad eylә, ey dәrviş!
Sәni allah, imdad eylә, ey dәrviş!
Çağır allah, fәryad eylә, ey dәrviş!
Çağır allah, fәryad eylә, ey dәrviş!
 
B i r i n c i m ә h b u s (şur)--Allahın altında Şah Abbas bizim bu halımızı bilmiş ola idi; yәqin ki, әdalәt-pәnah bu zülmü kökündәn rәf edәrdi.
İ k i n c i m ә h b u s--Ah, a yazıq, bu saat Şah Abbas öz sarayında gözәl-göyçәk hәrәmlәrilә eyş-işrәtә mәşğuldur; bu cür nadidә zülm, yatsa da onun yuxusuna girmәz.
Ü ç ü n c ü m ә h b u s--Vallah, deyirlәr ki, Şah Abbas çox vaxt dәrviş libası geyib, şәhәrbәşәhәr gәzir ki, bir yerdә rәiyyәtә zülm görmüş olsa, haman dәm rәf etsin.
D ö r d ü n c ü m ə h b u s-Doğrudur bu söz, əmma heyf ki, Şah Abbac zülmü yerin üstündә axtarır, altına girmir ki, biz yazıqları görsün.
B e ş i n c i m ә h b u s--Ağa dәrviş, bәlkә sәn Şah Abbası görmüş olasan, çünki çox vәqt dәrviş dәrvişә düçar olar.
Ş a h--Mәn heç vaxt ona düçar olmamışam!
 
M u s i q i. M ә h b u s l a r bikef olub, başlarını dizlәri arasında gizlәdirlәr.
 
Ş a h (sәmayi-şәms)--
 
Bunların bu sözlәri yandırdı, yaxdı canımı;
Zәrbә vurdu başıma, etdi pәrişan halımı.
 
(Ürәyindәn tutur)
 
Sakit ol, ey qәlb, çırpınma alışmış sinәdә,
Ya gәrәk azad edim mәn bunları, ya kim, töküm öz qanımı.
 
(M u s i q i)
 
Gәr vәzirim yetmәsә bu vәrtәdә imdadıma,
Mәn özüm çarә qılıb, cәng: eylәrәm cәllad ilә;
Çağırıb allahı, nәrә çәkib fәryad ilә,
Böylә göstәrrәm hünәr, layiq olar öz adıma.
 
(M u s i q i)
 
Әldә heç bir yaraq, ya ki, silahim yox isә,
Gәlmiyir bu zindan içrә heç ümidim bir kәsә;
Lakin ol haqqü әdalәt mәndәdir, bunlar isә
Düşmәni mәğlub üçün, billah, yetәr fәryadıma.
 
M u s i q i. M ә h b u s l a r qorxu ilә başlarını qalxızırlar.
 
M ә h b u s l a r (qorxu ilә)--Diyәsәn gәlir ... gәlir....
 
Bir-birlәrinә qısılırlar. M ә s t a v ә r daxil olub, qeyz ilә әllәrini qoynuna qoyub, ş a h a baxır.
 
M ә s t a v ә r (acıqla)--
 
Mәni aldatdın, mәni aldatdın,
Mәni aldatdın, oh!... (Xәncәrini çәkir).
 
(M u s i q i)
 
İrәli dur!
 
(M u s i q i)
 
İrәli dur!
 
(M u s i q i)
 
Aldın möhlәt, göndәrdin şahın sarayına,
Aldatdın dәrviş mәni sәn!
Öldürәm indi sәni mәn, öldürәm sәni mәn!
Mәni aldatdın, mәni aldatdın, mәni aldatdın!
Ox!... (M u s i q i). İrәli dur! (M u s i q i). İrәli dur!
 
M u s i q i. İstәyir hәmlә etsin, Ş a h әlini qabağa uzadır.
 
Ş a h (bayatı-Şiraz)--
 
Sәn bәdәfkar vә xәbis cәllad isәn,
Qorxmuram sәndәn, buyur meydanә sәn, a-gәl!
 
M u s i q i.
 
Ş a h ilә M ә s t a v ә r ötüşürlәr. Ş a h onun xәncәrini alıb, yerә atır. M ә h b u s l a r qorxularından küncә qısılırlar. M ә s t a v ә r cәld xәncәri yerdәn götürüb, ş a h ı vurmaq istәrkәn bu halda qapılar tay-tay açılıb, X u r ş i d, v ә z i r, ә y an l a r vә q o ş u n әhli içәri daxil olurlar vә әhvalatı böylә gördükdә haman dәm M ә s t a vә r i tutub, qollarını bәrk-bәrk bağlayırlar. İş böylә ikәn Ş a h A b b a s ilә X u r ş i d qucaqlaşırlar.
 
V ә z i r (rast; Mәstavәrә)--Bәdbәxt nakәs, sәn kimin üstә әl qalxızırsan? Bilmirsәnmi ki, bu, padşahi-cahan Şah Abbas cәnnәtmәkandır?!
 
Bu halda m ә h b u s l a r yerә yıxılıb, ş a h ı n ayağına sürünürlәr.
 
Q o ş u n (qışqırır)--Yaşasın padşah!
Ş a h (mәhbuslara)--Durun vә indi bilin ki, Şah Abbas yerin üstündәki zülmü axtarıb tapan kimi, yerin altındakı zülmü də tapa bilir.
M ә h b u s l a r--Padşah!... Padşah!... (deyib, ağlamaq onları boğur, ağlayırlar).
Q o ş u n--Yaşasın padşah!...
Ş a h--Xurşid, doğrudan da, mәn çox xoşbәxtәm ki, sәnә düçar oldum vә yenә xoşbәxtәm ki, sәnin mәğruranә sözlәrini qәbul edib, sәnәt öyrәndim; bir sәnәt ki, mәni vә vәtәn övladını bir nadidә vә naşidә zülmdәn xilas eylәdi. Görünür ki, mәnim millәtә olan mәhәbbәtim allaha xoş gәlibdir ki, sәni mәnә kömәk göndәribdir. Bu gündәn sonra belә sәn, odunçunun qızı, mәn İran padşahına hәrәmsәn! Qoy valideynin fәxr etsin. Sәni bütün hәrәmlәr içrә şahizәnan etdim. Yaşasın Xurşid!...
H a m ı--Yaşasın padşah vә Xurşid banu!...
Ş a h--Bu mәluni (Mәstavәrә) aparıb, Şiraz әhlinin gözü qabağında dar ağacından asarsınız, qoy xunxar qatil öz cәzasına çatsın!
H a m ı--Yaşasın padşah, yaşasın padşah!...
 
(M a r ş)
 
Allah sәni yenә şad edә, şahım! (2 dәfә)
Millәt sәni yenә yad edә, şahım! (2 dәfә)
Ey padşah, sәn vәtәni et (2 dәfә)
Yad, vәtәni, şad vәtәni, yad vәtәni et! (2 dәfә)
Şah, çox yaşa vәtәnә sәn!
Qәnimәtsәn vәtәnә sәn, qәnimәtsәn!
Millәtә sәn qәnimәtsәn!
Millәtә sәn qәnimәtsәn!
 
PӘRDӘ

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR