Slimfit
  1. ƏDƏBİYYAT

Üzeyir Hacıbəyov - O olmasın, bu olsun/İkinci məclis

Üzeyir Hacıbəyov - O olmasın, bu olsun/İkinci məclis
Sakura

Üzeyir Hacıbəyov - O olmasın, bu olsun/İkinci məclis

Rüstәm bәyin hәyәti ilә küçәdә vaqe olur. Rüstәm bәyin hәyәti hasar ilә mәhsurdur. Pәrdә qalxdıqda hәyәtdә S ә r v ә r ilә G ü l n a z görünür. Pәrdәdәn qabaq musiqi çalınır. Sonra tarda "şahnaz" çalınır. Pәrdә qalxır.
 
S ә r v ә r.
 
Cahanda var görәsәn dәrdi-eşqә bir çara,
Bu eşq o eşqdir ki, Mәcnunu qoydu avara.
 
G ü l n a z.
 
Bu eşq o eşqdir ki, Fәrhada dağı çapdırdı,
Dübarә tişәni çaldırdı başa o biçara.
                        
M u s i q i
 
İ k i s i b i r y e r d ә.
 
Çün bahar oldu açıldı....
Gül açıldı hәr yanda.
           
M u s i q i
 
Çün bahar oldu açıldı....
Gül açıldı hәr yanda.
Bülbül etdi ahü zarü
Nalә çәkdi oxudu (2 dәfә)
 
M u s i q i
           
Çünki gördü xari bülbül,
Söylәdi ki, ey birәhm!
 
M u s i q i 
 
Çünki gördü xari bülbül 
Söylәdi ki, ey birәhm!
Sәndә yoxdur eşq odu,
Gәl hәzәr et nalәmdәn. (2 dәfә) 
 
M u s i q i
 
Aşiq oldur ki, veribdir canini ol canana.
 
M u s i q i
 
Aşiq oldur ki, veribdir canini ol canana.
Vermәyibsә canini ol aşiq olmaz canana. (2 dәfә)
 
Bu әsnada M ә ş ә d i İ b a d, әlindә bir yaylıq alma vә armud küçәdәn gәlib, hasarın yanında dayanır.
 
M ә ş ә d i İ b a d. Mәn istәyirdim ki, adaxlıbazlığa gecә gәlәm, halbuki, gündüz dә bu hasardan aşmaq çәtindir. Ya allah!... (İstәyir hasardan aşsın, amma bacarmayır). Yox görünür ki, mümkün olmayacaq. Qoy bir hambal çağırım, ayağımın altında yatsın. (Çağırır). Ada, hambal! 
H a m b a l (yüyurür). Nə deyirsәn, Mәşәdi? Yükün nәdir? (Kәndirini çıxardır).
M ә ş ә d i İ b a d (cibindәn bir abbası çıxardır). Al abbasını, ayağımın altında yat.
H a m b a l. Mәşәdi, olmaya oğurluğa gedirsәn?
M ә ş ә d i İ b a d. Kәs sәsini, axmaq! Adaxlıbazlığa gedirәm!
H a m b a l. Mәşәdi, allah qüvvәt versin, amma belimi şikәst eylәrsәn. (Yıxılır. Mәşәdi İbad onun belinә çıxır vә hasardan baxır).
M ә ş ә d i İ b a d. Ada, hambal, o yaylığı mәnә ver!
H a m b a l. Mәşәdi, tәrpәnsәm yıxılarsan ki....
M ә ş ә d i İ b a d. Dayan görüm! (Düşüb yaylığı götürür, bir dә çıxanda yaylıq açılır, alma, armud yerә dağılır).
M ә ş ә d i İ b a d (hasardan baxır). Qız oradadır, yanında da bir oğlan var. Görәsәn o kimdir?
G ü l n a z (onu görüb). Vay, dәdәm vay!... O kimdir? Mәn qaçıram! (Qaçır).
M ә ş ә d i İ b a d (Sәrvәrә). Oğlan, sәn kimsәn?
S ә r v ә r. Bәs sәn kimsәn?
M ә ş ә d i İ b a d. Mәn Mәşәdi İbadam!
S ә r v ә r. Mәn Sәrvәrәm!
M ә ş ә d i İ b a d. Bәs sәn orda nә qayırırsan?
S ә r v ә r. Bәs sәn orda nә qayırırsan?
M ә ş ә d i İ b a d. Mәn adaxlıbazlığa gәlmişәm!
S ә r v ә r. Mәn dә adaxlıbazlığa gәlmişәm!
H a m b a l. A Mәşәdi, belim şikәst oldu!
M ә ş ә d i İ b a d. Ada, dayan görüm bu nә deyir! Qoçaq, sәn kimin adaxlısısan?
S ә r v ә r. Qoçaq, bәs sәn kimin adaxlısısan?
M ә ş ә d i İ b a d. Mәn Rüstәm bәyin qızı Gülnaz xanımın!
S ә r v ә r. Mәn dә Rüstәm bәyin qızı Gülnaz xanımın!
M ә ş ә d i İ b a d (acıqlı). Kәs sәsini, axmaq! Sәnin nә ixtiyarın var ki, mәnim adaxlımın adını çәkirsәn?
S ә r v ә r. Axmaq sәnsәn ki, hasara dırmaşmısan!
H a m b a l. A Mәşәdi, belim qırıldı, düş aşağı!
M ә ş ә d i İ b a d. Qurban olasan bu altımdakı hambala, yoxsa әhәdini kәsәrdim! (Düşür).
S ә r v ә r. Heç bu iş pis olmadı, görәk axırı nә olacaq?
H a m b a l. Mәşәdi, belim sınıbdır, bir abbası da verәcәksәn.
M ә ş ә d i İ b a d (hambala). Heç başa düşmürәm ki, bu nә işdir?
H a m b a l. Mәşәdi deyәsәn qızın iki namizәdi vardır?
M ә ş ә d i İ b a d. Әşi, mәn qızın halalca adaxlısı ola-ola hasarın bu tayında qalım, bir dәlәduzun birisi dә o tayda olsun? Ay bivәfa arvad! (Fikrә gedir).
 
M u s i q i
 
M ә ş ә d i İ b a d (rast oxuyur).
 
Mәn nә danәstәm әz әvvәl ke, to bi mehro vәfai,
Әhdi nabәstәn әz on beh ke, bә bәndi ya nә pai.
 
Burada mәnim yadıma Leyli vә Mәcnun әhvalatı düşür.
 
Mәcnun o tayda ahü zar edir,
Leyli bu tayda әğyar ilә eyş edir.
 
M u s i q i
 
İndi mәn bu tayda hambal ilә qalmışam, Yarım da o tayda әğyar ilә söhbәt edir.
 
M u s i q i
 
Yox, mәn o mәcnunlardan deyilәm, bu saat gedib qoçuları buraya yığacağam! (Gedir).
 
G ü l n a z ilә S ә r v ә r çıxıb oxuyurlar.
 
S ә r v ә r (şikәstәyi-fars oxuyur).
 
Ey mәlәksima ki, sәndәn özgә heyrandır sana,
Hәqq bilir, insan demәz, hәr kim ki, insandır sana.
Vermәyәn canın sәnә bulmaz hәyati-cavidan,
Zindeyi-cavid ona derlәr ki, qurbandır sana.
 
G ü l n a z vә S ә r v ә r (tәsnif oxuyurlar).
 
Gözәlim sәnsәn mәnim,
 
M u s i q i
 
Mehribanım, hәmdәmim.
 
M u s i q i
 
Dәxi yoxdur heç qәmim,
Çox şükür sәnә, ey xuda!
Olmadıq biz әğyarә fәda. (2 dәfә)
 
M u s i q i
 
Sәn mәnimsәn, mәn sәnin.
 
M u s i q i
 
Ola bilmәz özgәnin.
 
M u s i q i
 
Hәmi bir can, bir tәnin,
Çox şükür sәnә, ey xuda! 
Olmadıq biz әğyarә fәda (2dәfә).
 
M u s i q i
 
Dәrdimә tapdım dava,
Qalmadı heç bir cәfa. (2 dәfә)
Axır ki, gördük sәfa,
Çox şükür sәnә, ey xuda!
Olmadıq biz әğyara fәda. 
Әğyara fәda, әğyara fәda.... (2dәfә)
 
Bu әsnada Q o ç u Ә s g ә r vә başqa adamlar gәlib, M ә ş ә d i İ b a d l a birlikdә hasarın dalında dayanıb baxırlar.
 
M ә ş ә d i İ b a d. Eşidirsiniz? Bayatı oxuyur.
 
Bunlar hasarın deşiklәrindәn baxırlar.
 
G ü l n a z.
 
Alәmi pәrvanәyi-şәmi-camalın qıldı eşq,
Cani-alәmsәn, fәda hәr lәhzә min candır sana.
 
Ә s g ә r. Oxa! Qız da oxuyur ki!
M ә ş ә d i İ b a d. İndi gördünmü iş nә haldadır?
Ә s g ә r. Mәşәdi İbad, bir bәri zәhmәt çәk (qabağa gәtirib, nә isә deyir).
S ә r v ә r.
 
Çıxma, yarım, gecәlәr, әğyar tәnindәn sakın,
Sәn mәhi-övci-mәlahәtsәn, bu nöqsandır sana.
 
Ә s g ә r. İki min manat pul verәrsәn: bir min mәnim, bir min dә yoldaşlarımın.
M ә ş ә d i İ b a d. Mәn yazıq bir o qәdәr pulu sәnә haradan verim?
Ә s g ә r. Özün bil, istәrsәn çıxaq gedәk. Sәn dә camaat içindә biabır ol. Heç kәs dә sәn ilә alver etmәz. Sәnin kimi binamus adamı biz heç içimizә qoymarıq. Adә, gedәk!
M ә ş ә d i İ b a d. Bir bura bax. Yaxşı, verәrәm. Sabah gәl pulları apar, amma indi bircә әvvәl bu oğlanı öldür, yoxsa onun sәsini eşitdikcә bağrım çatlayır.
 
M u s i q i
 
Q o ç u l a r.
 
Ey kimsәn orda, aç qapını!
Aç qapını, gәlәk sәni öldürәk!
 
M u s i q i
 
Pişto doludur, hazır etmişik,
Aç qapını, gәlәk sәni öldürәk!
Ey, kimsәn orda, aç qapını!
Aç qapını, gәlәk görәk kimdir o,
Ey kimsәn, ey, aç qapını!
Aç qapını, gәlәk sәni öldürәk!
 
G ü l n a z.
 
Ax, Sәrvәr, qorxuram, sәni öldürәr bunlar.
Gәl tez buradan qaçaq, tez-tez, gedәk özgә şәhәrә.
 
Ah, Sәrvәr, qorxuram,
Açma gәl qapını sәn.
Yoxsa sәni öldürәr
Qoçunun güllәsi.
Gәl bәri, Sәrvәr, gәl!
 
Q o ç u l a r.
 
Aç qapını!
 
S ә r v ә r.
 
Söylәyin görüm bir siz,
Nә istәyirsiniz mәndәn?
Nә lazım sizә bu evdәn,
Ta xәlqin qapısından.
Qorxmuram mәn sizdәn,
Hәr nә bilsәniz edin!
Yaxşısı budur, siz gedin,
Öz iş-gücünüzә.
 
Q o ç u l a r.
 
Sәnsәn Mәşәdi İbadın
Gәlinin әlindәn alan.
Sәnsәn xәlqin evin yıxan.
Sәndә vardır çox günah,
Gәldik sәni öldürәk.
Ta kim, Mәşәdi xoş olsun.
Biz dә ondan pul alaq,
Eyşü işrәtә mәşqul olaq
Ondan biz!
 
Ә s g ә r (qoçulara). Çıxardın piştoları, hazır olun! Mәn bir, iki, üç dedikdә siz atın! Hazır olun! Bir ... iki....
 
S ә r v ә r fit çalır, qaradovoy çağırır. Q o ç u l a r hәmәn saat qoyub qaçırlar. H a m b a l ilә M ә ş ә d i İ b a d dәxi qaçırlar. S ә r v ә r gülür.
 
G ü l n a z. Ax, qorxudan ürәyim üstümdә durmur.
S ә r v ә r. Heç qorxma, bәri gәl, gedәk otağa (Gedirlәr).
 
Bu әsnada R ü s t ә m bәy küçәdә vaqe olub, hәyәtә girmәk istәyir.
 
R ü s t ә m b ә y. Hәrçәnd Mәşәdi İbadın bir-ikimin manat qulağını kәsdim, amma Gülnaza yazığım gәlir. Binәva bәdbәxt olacaqdır. Mәnim qızım Mәşәdi İbadın tayı deyildir, amma nә eylәmәk, pulsuzluğun üzü qara olsun.
 
İstәyir ki, içәri girsin, bu әsnada S ә r v ә r dәxi hәyәtdәn çıxır. Bunlar bir-birini görüb, bir qәdәr tәәccüb ilә baxışırlar.
 
R ü s t ә m b ә y. Sәn kimsәn vә mәnim evimdә nә qayırırsan?
S ә r v ә r. Mәn bir student babayam vә sәnin evindә heç nә eylәmirәm.
 
G ü l n a z ilә S ә n ә m çıxırlar.
 
R ü s t ә m b ә y (acıqlı). Bu saat de görüm, nә cürәt edib mәnim evimә gәlibsәn?
G ü l n a z. Öldürәcәkdir, hamımızı qıracaqdır.
S ә n ә m. Allah, sәn saxla, yazığıq!...
S ә r v ә r. Mәn sәnin evinә heç vaxt gәlmәzdim, hәrgah sәnin qızına aşiq olmasaydım vә sәnin qızın da mәnә aşiq olmasa idi.
R ü s t ә m b ә y (hirs ilә). Bu nә sözdür danışırsan? Nә cürәt edirsәn? Bu saat başına bir patron çaxaram ki, beynin dağılar.
S ә r v ә r. Patronu mәn özüm çaxacağam.
R ü s t ә m b ә y. Kimә?
S ә r v ә r. Özümә!
R ü s t ә m b ә y. Bu nә sözdür!
S ә r v ә r. Çünki mәn Gülnazı öldürәndәn sonra daha özüm yaşamayacağam.
R ü s t ә m b ә y (acıqlı). Sәn mәnim qızımı öldürә bilmәzsәn!
S ә r v ә r. Sәnin xәbәrin olmayacaqdır.
R ü s t ә m b ә y. Neçün?
S ә r v ә r. Çünki әvvәlcә sәni öldürәcәyәm.
R ü s t ә m b ә y. Bu nә danışır, әdә, dәlidir nәdir?
S ә r v ә r. Bax, sәn bu qızı bәdbәxt eylәmәk istәyirsәn. Amma mәn, Sәrvәr, sәn Rüstәm bәyә deyirәm ki, hәrgah bunu mәnә vermәsәn, onda bir güllә sәnә, bir güllә qıza vә bir güllә dә özümә vuracağam! (Gedir).
R ü s t ә m b ә y. Bacı oğlu, bir bura bax! Axı, mәn özgәsinә söz vermişәm, iş işdәn keçibdir.
S ә r v ә r. Hәrgah sәn mәn deyәnә razı olsan, işi düzәldәrәm.
R u s t ә m b ә y. Nә tövr düzәldәrsәn?
S ә r v ә r. Әvvәl de görüm, acığın soyudumu?
R ü s t ә m b ә y. Soyudu.
 
S ә r v ә r әyilib onun qulağına nә isә deyir.
 
R ü s t ә m b ә y. Әşi, qoy görәk! Eylә dә iş olarmı?
S ә r v ә r. Sәnin canın üçün, mәn düz deyirәm, razısanmı?
R ü s t ә m b ә y. Yaxşı, razıyam, amma bәlkә baş tutmadı?
S ә r v ә r. Onda qızı hәr kәsә istәyirsәn ver!
R ü s t ә m b ә y. Çox gözәl!
S ә r v ә r. Amma sәn Mәşәdi İbada heç bir söz demә vә onu tәlәsdir ki, tez toyu elәsin.
R ü s t ә m b ә y. Çox gözәl, deyәsәn ağıla batan şeydir, görәk?
S ә r v ә r. Bax, әyәr iş tutdu-tutdu vә illah tutmadı....
 
M u s i q i
 
H a m ı.
 
Babalı Sәrvәrin boynuna. (2 dәfә)
 
S ә r v ә r.
 
Әyәr işi düz elәmәsәm....
 
R ü s t ә m b ә y.
 
Düz elәmәsәn....
 
S ә r v ә r.
 
Gәr bacarmasam....
 
R ü s t ә m b ә y.
 
Gәr bacarmasan....
 
H a m ı.
 
Babalı Sәrvәrin boynuna. (2 dәfә)
 
Musiqi çalınır, oynayırlar vә sonra gedirlәr. M ә ş ә d i İ b a d pәrişan vә pәcmürdә bir hal ilә küçәdә vaqe olur, hambal da dalınca.
 
M u s i q i
 
M ә ş ә d i İ b a d (bayatı oxuyur).
 
Ayrı düşdüm yarımdan,
Әl çәkmişәm canımdan,
O qәdәr başımı itirmişәm ki,
Adım çıxıb yadımdan.
 
H a m b a l.
 
Mәn aşiq o kәndә dә,
Belә o kәndә dә, bu kәndә dә.
Belә әcәb oğlan qoyub getmisәn
A bu kişini әkәn dәdә!
 
Küçә a d a m l a r ı hamısı buraya yığılırlar.
 
M ә ş ә d i İ b a d.
 
İşlәrim hamısı zülm getdi.
At axtardım çulum getdi.
Cavan qıza bel bağladım,
Beş min manat pulum getdi.
 
M u s i q i
 
A d a m l a r.
 
Әvvәldәn aşina idin, yad oldun nәdәn? (2 dәfә)
Sәni qoydu qaçdı o nazik bәdәn!
 
Ay belә iş olmaz, bala,
Heç belә iş olmaz!
Aman, aman, aman, aman,
Ay belә iş olmaz, bala,
Heç belә iş olmaz!
 
M ә ş ә d i İ b a d.
 
Әvvәldәn bilsәydim vermәzdim pulu, (2 dәfә)
Xәlqin eylәmәzdim cibini dolu.
Ay maralım, Gülnaz, bala, ay maralım, Gülnaz!
Aman, aman, aman, aman!...
Ay maralım, Gülnaz, bala, ay maralım, Gülnaz!
 
A d a m l a r.
 
Dedin qocalıqda bir qız alasan, (2 dәfә)
Cavan qızı alıb evә salasan.
Ay belә is olmaz!...
 
H a m b a l. A Mәşәdi, belim sınıbdır, sәn gәl bir abbası da verginәn.
M ә ş ә d i İ b a d (lap azarlı kimi). A gedә, rәdd ol başımdan! Mәn nәyin dәrdindәyәm, sәn nәyin dәrdindәsәn. Tәki mәnim dә dәrdim sәnin kimi bir abbası olaydı.
 
Millәtpәrәst H ә s ә n q u l u b ә y gәlir.
 
H ә s ә n q u l u b ә y. Mәşәdi İbad, salamünәleyküm. A kişi, bu nә işdir? Eşitdim ki, qızın iki adaxlısı vardır?
M ә ş ә d i İ b a d. A Hәsәnqulu bәy, sәn allah, indi insaf elәyin. Sәnin yanında Rüstәm bәy demәdi ki, qızı sәnә verirәm?
H ә s ә n q u l u b ә y. Dedi!
M ә ş ә d i İ b a d. Sonra mәni evinә çağırmadı?
H ә s ә n q u l u b ә y. Çağırdı!
M ә ş ә d i İ b a d. Siz dә qonaq gәlmәdiniz?
H ә s ә n q u l u b ә y. Gәldik!
M ә ş ә d i İ b a d. Qonaqlıqda mәni mübarәkbad elәmәdiniz?
H ә s ә n q u l u b ә y. Elәdik!
M ә ş ә d i İ b a d. Birisi dә mәnә orada meymun demәdi?
H ә s ә n q u l u b ә y. Dedi.
M ә ş ә d i İ b a d. Mәn dә onunla dalaşmadım?
H ә s ә n q u l u b ә y. Dalaşdın!
M ә ş ә d i İ b a d. Siz dә bizi aralaşdırmadınız?
H ә s ә n q u l u b ә y. Aralaşdırdıq!
M ә ş ә d i İ b a d (bәrkdәn). Bәs bu nә kәlәkdir ki, Rüstәm bәy mәnim başıma gәtirir, özü dә hәlә mәnim beş min manat pulumu yeyibdir.
H ә s ә n q u l u b ә y. Sәn heç qәm eylәmә. İşi düzәltmәk asandır. İstәrsәn mәn düzәldәrәm!
M ә ş ә d i İ b a d. A kişi, atana allah rәhmәt eylәsin, düzәlt, düzәlt yoxsa әhvalım çox pәrişandır.
H ә s ә n q u l u b ә y. Çox gözәl! Onda tez ol, bir beş yüz manat ver, çünki bu işdә bir balaca pul lazımdır.
M ә ş ә d i İ b a d (tәәccüb ilә). Nә? Beş yüz manat pul verim?!
H ә s ә n q u l u b ә y. Әlbәttә, pulsuz olmaz ki!...
M ә ş ә d i İ b a d. Ә kişi, vallah, mәn dağıldım, mәn söküldüm, mәn bu qәdәr pulu haradan alım verim!
H ә s ә n q u l u b ә y. Özün bilәrsәn, amma mәn belә güman edirәm ki, beş min manat verәn adam, beş yüz dә verә bilәr, artıq pul deyildir.
M ә ş ә d i İ b a d (әlini qoynuna salıb pul çıxardır). Çünki oldun dәyirmançı, çağır gәlsin dәn, Koroğlu! Bu bir yüz, bu iki yüz, bu üç yüz. Özün dә mәnә iki yüz boşlusan, elәdi beş yüz.
H ә s ә n q u l u b ә y. Hә!... İndi işi düzәldәrәm, ancaq sәn bir qәzetçi Rzanı da gör, çünki Rüstәm bәy qәzetәdәn çox qorxan adamdır. (Baxır). Aha, budur, özü dә gәlir.
 
R z a vaqe olub Hәsәnqulu bәyә baş әyir vә Mәşәdi İbadın yanına gedir.
 
R z a bә y. Salamünәleyküm, Mәşәdi! A kişi, bu nә әhvalatdır, deyirlәr ki, qızın iki adaxlısı var imiş!
M ә ş ә d i İ b a d: Ay Rza bәy, sәndәn bir tәvәqqәm var, sәn gәl qәlәmi al әlinә vә bu әhvalatı qәzetdә yaz, Rüstәm bәyi biabır eylә, çox tәvәqqә edirәm!
R z a b ә y. Bağışlayın, Mәşәdi, mәn onu eylәyә bilmәrәm!
M ә ş ә d i İ b a d. Neyçün?
R z a b ә y. Çünki o cür şey mәnim mәslәkimә müğayirdir, bu iş sәnin öz xüsusi işindir, camaata nә dәxli var qәzetdә yazam?!
M ә ş ә d i İ b a d. A kişi, vallah, elә bunun özü qәzet әhvalatıdır.
R z a b ә y .... Yox, Mәşәdi. Mәn bacarmaram vә heç vaxt müğyir-mәslәk iş görә bilmәrәm!
M ә ş ә d i İ b a d (әlini cibinә salıb, bir yüzlük çıxardır vә guya kağız әvәzinә göstәrir.). A kişi; axır bu bir parça kağızı yazmaq çәtin şeydirmi?
R z a b ә y (pulu görür). Hә!... Bu başqa mәsәlәdir, indi başa düşdüm ki, sәn nә deyirsәn; yazaram, çox yaxşı yazaram!
M ә ş ә d i İ b a d. Bax, elә yaz ki, xalq oxuyub Rüstәm bәyә zad eylәsin..... Adı nәdir?!... Siz ona nә deyirsiniz?
R z a b ә y. İzhari-nifrәt!
M ә ş ә d i İ b a d. Hә, hә!... İzhari-nifrәt, izhari-nifrәt!
 
Bu halda intelligent H ә s ә n gәlir.
 
H ә s ә n b ә y. Sәn keçәn sәfәr mәni askarbit elәmişsәn, zato mәn sәni suda çәkmişәm.
M ә ş ә d i İ b a d. A kişi, sәn allah, әl çәk mәndәn. Mәnә meymun dedin bәs deyil, sonra da suda çәkirsәn?!
H ә s ә n b ә y. Xeyr, әl çәkmәrәm, gәrәk sudda cavab verәsәn.
M ә ş ә d i İ b a d. Ay camaat, mәn burda öz hәşrimә qalmışam, bu da gәlibdir ki, sәni suda çәkirәm!
H ә s ә n q u l u b ә y. (Mәşәdini bәri çәkir). Mәşәdi, ağzına bir şey ver, rәdd olsun!
M ә ş ә d i İ b a d. Yәni buna da pul verim?
H ә s ә n q u l u b ә y. Bir әlli manat ver, әl çәkәr.
M ә ş ә d i İ b a d (çıxardır). Ala, ala, rәdd ol bas?mdan!...
H ә s ә n b ә y. Eto druqoye delo. Әrizәmi geri alaram.
M ә ş ә d i İ b a d. Diriqoy, ya qeyri diriqoy....
H a m b a l. A Mәşәdi, bu qәdәr xәlqә pul paylıyırsan, mәnә dә bir abbası ver, belimi sındırbısan!
M ә ş ә d i İ b a d. Әşi, rәddә o ol yana, bir sәn qalmışdın ki, mәni soyasan. (Yüyurür hambalın üstә, hambal qaçır, amma sonra yenә gәlir).
H ә s ә n q u l u b ә y. Hәzәrat! Gәlin bu mәsәlәni müzakirәyә qoyaq. Axı belә iş olmaz ki, Rüstәm bәy eylәyir, bu kişi dә axı yazıqdır. Pulu gedir, özü dә biabır olur. Gәlin bu saat Rüstәm bәyi bura çağıraq vә onunla seryoznı danışaq!
H a m ı. Әlbәttә, әlbәttә.
 
Qapını döyürlәr. R ü s t ә m b ә y gәlir.
 
M u s i q i
 
Böylә olmaz ki, sәn aldadasan bizi,
Sәn verirsәn qızı
Özgә adama әrә getsin. (2 dәfә)
Bәs bu kişi yazıq necә etsin? (2 dәfә)
 
M ә ş ә d i İ b a d.
 
Alaha and olsun, budur deyirәm:
Qızı mәnә, qızı mәnә gәrәk verәsәn.
Vermәsәn hәrgah, eylәrәm bәdnam,
Çünki mәn bir adamam, baxmaram bәyә.
 
H a m ı. Böylә olmaz ki, sәn.... (i.a....).
R ü s t ә m b ә y. Sözün doğrusu, mәn qanmıram ki, siz nә deyirsiniz!
M ә ş ә d i İ b a d. Necә qanmırsan? Mәnim pulumu yeyib, yalandan deyirsәn ki, qızı sәnә verәcәyәm, amma özgәsinә verirsәn.
R ü s t ә m b ә y. Kim deyir onu?
M ә ş ә d i İ b a d. Öz gözümlә gördüm ki, sәnin qızının yanında bir cavan oğlan durubdur, soruşdum ki, әdә, sәn kimsәn, dedi: mәn qızın adaxlısıyam!
R ü s t ә m b ә y. Ha, ha, ha!... O kişi zarafat edibdir. Bilirsәnmi o kimdir? O qızın öz dayısıdır. Sәninlә lotuluq elәyibdir. Sәn dә inanırsan vә bir dә (onlara) Hәsәnqulu bәy, Rza bәy, sizin üçün eyb olsun ki, bu cürә axmaq sözә inanıb, mәnim qapıma gәlirsiniz. Mәn çox inciyirәm.
H ә s ә n q u l u b ә y. Rüstәm bәy, vallah, bağışla bizi, Mәşәdi İbad yoldan çıxartdı.
R z a b ә y. Sәn alah incimә bizdәn, burada, rus demişkәn, nedarazumeniya әmәlә gәlibdir.
M ә ş ә d i İ b a d (Rüstәm bәyә tәrәf gedib, әlindәn tutur). Bağışla, bәy, allah sәndәn razı olsun ki, bizi şәkki-şübhәdәn çıxartdın. Amma, vallah, әhvalım çox pәrişan olmuşdu. Ә kişi, mәn deyirәm ki, axı Rüstәm bәy kişidir, belә şey elәmәz. Qәrәz ki, allah şeytana lәnәt eylәsin! (Gülә-gülә). Rüstәm bәy mәn istәyirәm ki, toyu bu günlәrdә başlayam. Nә deyirsәn?
R ü s t ә m b ә y. Çox da yaxşı olar, nә qәdәr tez olsa, bir o qәdәr yaxşıdır.
M ә ş ә d i İ b a d. Onda mәn bu gün istixarә elәtdirәrәm, bu yaxın xoş günlәrin birindә toyumuzu başlarıq.
H a m ı. Allah mübarәk eylәsin! Mәşәdi İbad toy hamamında bir yerdә çimәk.
M ә ş ә d i İ b a d. İnşaallah, bir yerdә çimәrik. (Kәnara). Bu şәrtlә ki, hamam pulu sizdәn.
 
H a m ı.
 
Mәşdi İbad, çox mübarәk olsun!
Toyun sәnin çox mübarәk әst! (2dәfә)
 
M ә ş ә d i İ b a d.
 
Çox cağ olun, çox da razıyam,
Zәhmәt çәkib iş düzәltdiniz.
 
H a m ı.
 
Mәşdi İbad, çox mübarәk olsun!
Toyun sәnin çox mübarәk olsun!
Çox mübarәk olsun, çox mübarәk olsun!
Olsun, olsun, olsun, olsun!...
 
P ә r d ә

 

Üçüncü məclis

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR