Slimfit
  1. ƏDƏBİYYAT

Üzeyir Hacıbəyov - O olmasın, bu olsun/Dördüncü məclis

Üzeyir Hacıbəyov - O olmasın, bu olsun/Dördüncü məclis
Sakura

Üzeyir Hacıbəyov - O olmasın, bu olsun/Dördüncü məclis

M ә ş ә d i İ b a d ı n evindә vaqe olur. Toy mәclisidir. Q o ç u Ә s g ә r "Padşah" olub, yuxarı başda әylәşibdir. Sәhnәdә olanlar: H ә s ә n q u l u b ә y, R z a b ә y, Ә s g ә r vә qonaqlar. Pәrdә qalxır. Oyunçu qız lәzginka oynayır. Bәәd çıxıb gedir.
 
Ә s g ә r. Mәn tar çalana әmr edirәm ki, bir "Roza" havası çalsın, Hәsәnqulu bәy durub oynasın!
H ә s ә n q u l u b ә y. (ayağa durur). Padşah sağ olsun, vallah, mәn oyun bilmirәm, mәni bağışla!
Ә s g ә r. Çәkin onu ortaya, bir-iki qırmanc vurun! (Nökәrlәr Hәsәnqulu bәyi çәkib oynadırlar. Bәәdә haman qәrar ilә Rza bәy oynayır). Çәkin buraya Mәşәdi İbadı! Bәy gәrәk toyunda oynasın ki, ucuzluq olsun.
 
O biri otaqdan M ә ş ә d i İ b a d ı gәtirirlәr. Mәşәdi İbad "Mirzәyi" havasını oynayır.
 
H ә s ә n q u l u b ә y. Balam, dәxi vaxtdır, gedәk gәlini gәtirmәyә.
H a m ı. Bәli, vaxtdır. (Ayağa durub hamı gedir).
M ә ş ә d i İ b a d (daxil olur). Türkdә bir mәsәl var: deyәrlәr ki, hәr gözәlin bir eybi olar. Qonaqlar bu evdә olanda mәn o biri otaqda sәhәrdәn bәri fikirdә idim ki, ayә, mәnim eybim nәdir? İndi bilmişәm ki, mәnim bir eybim varsa, o da eybsizliyimdir. Hәrçәnd bu çox nazik mәtlәbdir, amma hәqiqәtdә dә belәdir ki, var. Hәrgah mәnim bir danә eybim olsaydı, xalq deyәrdi ki, zәrәr yoxdur, hәr gözәlin bir eybi olar. Amma indi mәnim heç bir eybim yoxdur, ona görә dә heç kәs mәnә gözәl demir. Bütün mәsәlә bundadır. Vәssәlam.... Hәr halda qız nә qәdәr gözәl olsa da bir o qәdәr mәnә baha oturdu: beş min manat Rüstәm bәy vә toy xәrci, beş yüz manat Hәsәnqulu bәyә rüşvәt, yüz manat Rza bәyә rüşvәt, әlli manat Hәsәn bәyә rüşvәt, bir abbası hambala müzd, dörd yüz manat.... Әşi, hesab elәmәsәm yaxşıdır! Daha ürәyim xarab olur. Amma pis geyinmәmişәm, ha!... (Әtrafına baxır vә dalını görmәk üçün fırlanır vә sonra bir yerdә әylәşir). Bәli, qız gәlsin görәk nә olacaqdır. (Zümzümә eylzyir):
 
Şәb әsl şәhido şәmo şәrabo şirini,
Ğәnmәt әst ke, şәbi ruyi dustan bini!
 
Qız gәlsin, amma mәn bir şeydәn qorxuram ki, evdә oturmağa hövsәlәsi gәlmәsin, çünki o cürә evdә böyümüş qız bir az kәmhövsәlә olar. (Acıqla). Ağzı nәdir! Vallahi, bax bu gündәn bir yekә qıfıl alacağam. Sәhәr durub dükana gedәndә qapını qıfıllayıb, açarını aparacağam ta axşam qayıdana qәdәr, qoy qalsın evdә, evә öyrәşsin; pәncәrәlәri dә daldan taxta ilә vurduracağam. Çox da o yan-bu yan eylәsә, döyәcәyәm, çünki arvad ki, döyülmәdi, xarab olar; arvad әrindәn nә qәdәr kötәk yesә bir o qәdәr әrin çox istәyәr. Mәn bunu qabaqlarda çox tәcrübә eylәmişәm. Rәhmәtlik Sonaya bir kәrrә bir yumruq nә tori saldımsa, iki saat nәfәsini ala bilmәdi; o idi ki, mәni görәn kmi üzümә gülәrdi. Rәhmәtlik Pәrzada günlәrin bir günü bir sillә çәkdim ki, bir dişi sındı, o idi ki, sonra bir kәrrә olsun üzümә durmadı. Tәk bircә mürtәd oğlunun qızı Gülxanıma bir ağac ilә elә çәkdim ki, o qaçan oldu ki, qaçdı! Bu da o yan-bu yan eylәsә budur, onun canıdır. (Yumruq göstәrir. Bu әsnada daldan: "allah", "allah" sәsi gәlir, zurna çalınır). Paho, gәlin gәldi, mәn qaçım!
 
Qaçır o biri otağa. G ә l i n i gәtirirlәr. S ә n ә m dәxi gәlin ilә içәri girir.
 
B i r i s i. Aha, de gәlin bәri çıxın! Sәnәm, sәn dә bu biri otağa gәl.
 
Hamı çıxır, tәk gәlin qalır.
 
M u s i q i
 
M ә ş ә d i İ b a d (daxil olur).
 
Mәn nә qәdәr, nә qәdәr qoca olsam da,
Dәyәrәm min cavana.... (vә i.a. oxuyur).
 
X a n ı m, ay xanım, zәhmәt çәk, başından çarşabı qoy yerә, sәnә canım qurban!
 
Çarşabın içindәn gәlin әvәzinә S ә r v ә r çıxıb, әlindәki siğarı tapança kimi uzadır M ә ş ә d i İ b a d a tәrәf.
 
M ә ş ә d i İ b a d. Vay!... (deyib çökür).
S ә r v ә r. Sәsin çıxdımı, başına bir güllә vuracağam! Tez ol, bir kağız-qәlәm götür!
M ә ş ә d i İ b a d (qorxu ilә). De qoy tap?m da!... (Stolun üstündәn kağız-qәldm götürür). Bәs indi nә qayırım?
S ә r v ә r. Otur, bu saat mәn deyәni yaz, tez ol, yoxsa vurdum güllәni!
M ә ş ә d i İ b a d. Yazım da, vallah, bu saat yazım!
S ә r v ә r Yaz! (Bәrkdәn deyir). Mәn, Mәşәdi İbad Kәrbәlayı Xocaverdi xan oğlu....
M ә ş ә d iİ b ad. Vaxsey!... Atamın adını da bilir!
S ә r v ә r. Danışma, yaz, yoxsa odlaram sәni!
M ә ş ә d i b a d. Vallah, danışmıram, yazıram, sonra?
S ә r v ә r. Rüstәm bәyin qızı Gülnaz xanımı almaq istәmirәm.
M ә ş ә d iİ b a d. İstәyirәm....
S ә r v ә r (acıqlı). İstәmirәm!...
M ә ş ә d iİ b a d. Yaxşı, istәmirәm, istәmirәm!...
S ә r v ә r. Vә tәvәqqә edirәm ki, onun kәbini geri oxunsun.
M ә ş ә d i İ b a d. Bunu kim tәvәqqә edir?
S ә r v ә r. Yaz mәn deyәni, yoxsa beynini toz eylәrәm!
M ә ş ә d i İ b a d. Yazıram, yazıram, sonra?
S ә r v ә r. Vә onun әvәzindә qulluqçu Sәnәmi alıram, yazdınmı?
M ә ş ә d i İ b a d. Yazdım....
S ә r v ә r. De qol qoy!
M ә ş ә d i İ b a d. Vaxsey!... Bәs mәnim pullarım....
S ә r v ә r. Qol qoy, yoxsa partladaram sәni. (Qol qoydurur). İndi tәrpәnmә!
M ә ş ә d i İ b a d. Tәrpәnmirәm.
S ә r v ә r. Danışma!
M ә ş ә d i İ b a d. Danışmıram.
 
S ә r v ә r dal-dalı gedib S ә n ә m i gәtirir.
 
S ә r v ә r. Bax bu sәnin arvadındır. (Dal-dalı gedir). İndi tәrpәnmә!
M ә ş ә d i İ b a d. Tәrpәnmirәm.
S ә r v ә r. Danışma!
M ә ş ә d i İ b a d. Danışmıram.

S ә r v ә r birdәn dönüb cәld qaçır.
 
M ә ş ә d i İ b a d (çığırır). Әdә tutun, әdә qoymayın. Ay, tez olun, qaçdı! Әdә, bu nә iş idi mәnim başıma gәldi, ay tutun, ay qoymayın!...
 
C a m a a t hamısı dolur içәri, sәs-küy düşür.
 
H ә s ә n q u l u b ә y. Әdә, bir dayan görәk nә olubdur. Mәşdi İbad, nә olub, nәql eylә görәk!
M ә ş ә d i İ b a d. Әşi, siz bu gәlini gәtirәndә bir baxmadınız görәk, bu kişidir, yoxsa arvaddır?
H a m ı. Bu nә әcәb sözdür?! Hәlbәttә, gәlin arvad olar!
M ә ş ә d i İ b a d. Amma bu gәlin kişi çıxdı. Rüstәm bәy mәnim evimi yıxdı, qızın әvәzinә mәnә kişi göndәrdi. O da qaçdı getdi.
H a m ı. Paho!... Bu nә işdir ki, o görübdür, belә dә adam aldatmaq olarmı?
B i r i s I. Bәs nә tövr olsun, neylәmәli?
H ә s ә n q u l u b ә y.Mәşәdi, bir әlli manat ver, gedim bu saat qubernatoru buraya gәtirim? Razısan?
M ә ş ә d i İ b a d (azarlı kimi). Yox....
R z a b ә y. Mәşәdi, iyirmi manat ver, bu saat qәzetdә Rüstәm bәyi biabır eylәyim, razısan.
M ә ş ә d i İ b a d. Yox....
Ә s g ә r. Mәşәdi, bir otuz manat ver, gedim Rüstәm bәyin beyninә bir patron çaxım, razısan?
M ә ş ә d i İ b a d. Yox....
H a m ı. Bәs nә eylәmәli?
M ә ş ә d i İ b a d. Gedin qazıya deyin ki, bu arvadın kәbinini mәnim üçün kәssin!
H a m ı. Ha!... Bu başqa mәsәlәdir. Nә elәmәk: o olmasın, bu olsun, heç pis deyildir.
 
M u s i q i
 
H a m ı.
 
Gedin, gedin, qazıya deyin,
Qoy kәbini kәssin. (2 dәfә)
(Sәnәmә) Mәşәdiyә arvad edәk,
Razısan?
 
S ә n ә m. Hә! ... hә!...
H a m ı (Mәşәdi İbada). Razısan?
M ә ş ә d i İ b a d. Hә! ... hә!...
H a m ı Razısız?
M ә ş ә d i İ b a d vә S ә n ә m Hә! ... hә!...
H a m ı. Bәs gedәk biz?
 
M ә ş ә d i İ b a d.
 
Gedin, gedin, qazıya deyin,
Qoy kәbini kәssin.(2 dәfә)
(Sәnәmә) Sәni mәnә arvad edә, razısan?
 
S ә n ә m. Hә!... Hә!...
M ә ş ә d i İ b a d (xora). Razısız?
X o r Hә Hә!... Razıyıq!... Hә, Hә!... Bәs gedәk biz?
 
Bu әsnada sәhnәnin dal pәrdәsi qalxır, S ә r v ә r ilә G ü l n a z hündürdә dayanıb görünürlәr. Tar çalınır.
 
S ә r v ә r (bayatı-qacar oxuyur).
 
Yetdim vusalına yarın, çәkdim әzabını,
Aşiqsә vәsl yolunda verәr, әlbәttә, canını.
 
G ü l n a z.
 
Çün qalxdı pәrdә, әyan oldu hәr kәsә,
Mәşuqә aşiqә vasil edәr әlbәttә canini.
 
H a m ı (Mәşәdi İbada).
 
Sәn qoca, qız cavan,
Sәndә yoxdur eşq odu.
Sәrvәrindir eşqi,
Sәnә olmaz heç meyli. (2 dәfә).
 
M ә ş ә d i İ b a d.
 
Yanıma gәl, arvad, yanıma gәl, 
Yanıma gәl, et mәni şad!... (2dәfә)
 
H a m ı.
 
Pulunu verdin sәn, Mәşәdi İbad,
Әlinә düşdü dul arvad,
Qәm yemә hәrçi badәbad,
Olmasa o, bu olsun!...
 
P ә r d ә

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR