Slimfit
  1. ƏDƏBİYYAT

Üzeyir Hacıbəyov - Leyli və Məcnun/Üçüncü pərdə

Üzeyir Hacıbəyov - Leyli və Məcnun/Üçüncü pərdə
Sakura

Üzeyir Hacıbəyov - Leyli və Məcnun/Üçüncü pərdə

Vaqe olur bir m e ş ә d ә , sübh açılmağa yavuqdur; sәhnәdә әvvәl heç kәs yoxdur; әtrafda bir dağ görünür, musiqi bayatı-Şiraz başlayır; bir qәdәr sonra M ә c n u n dәli sifәtindә çıxır, başıaçıq, ayaqyalın vә s.
 
(oxuyur).
 
(M u s i q i)
 
M ә c n u n--
 
Fәzayi-eşqi ta gördüm, sәlahi-әqldәn durәm,
Mәni rüsva görüb, eyb etmә, ey naseh ki, mәzurәm.
Әgәr çaki-giriban eylәsәm, mәn etmәyin, çün mәn
Mәtai-nәngdәn arәm, libasi-ardәn urәm.
Mәnu sәhrayi-vәhşәt mәnzil etmәm afiyәt güncün,
Әsiri-dami-zülmәt olmazam, çün talibi-nurәm.
Bәlayi-eşqü dәrdi-dust tәrkin qılmazam, zahid,
Mәni rәyimlә sanmın, eşq sultaninә mәmurәm.
 
(M ә c n u n oxuduqca dağ tәrәfindәn әks-sәda gәlir.)
 
(M u s i q i: bayatı-kürd) 
 
(M ә c n u n dağa üz tutub oxuyur.)
 
Ey guşәnişini-pakdamәn!
Suzi-cikәrimdәn oldun agah,
Әhsәn-tü әhsәn-tü, barәkallah!
Sәnsәn mәnә hәmdәmü müvafiq,
Birdәm qoşalım sәda sәdayә,
Gәl ağlayalım bu macәrayә.
 
(M u s i q i)
 
Q ı z l a r (pәrdә dalından)--
 
Bu gәlәn yara bәnzәr,
Tellәri qara bәnzәr.
Oğlan, oğlan, bir bәri bax, bәri bax, bәri bax!...
Qoşa xal var üzündә....
Allana-sallana tellәri var,
Xırdaca-xırdaca gözlәri var,
Gәl, Leyli, bala, gәl, Leyli!
Gedәk gәzәk bu bağda.
Gül açılıb, bülbül oxur,
Gül açılıb, bülbül oxur,
Gul acılıb, bulbul oxur!...
 
(M ә c n u n L e y l i n i vә L e y l i M ә c n u n u görüb, bir-birinin üstünә yüyürüb bәrk qucaqlaşırlar. Bir-iki saniyә sonra işıq keçir, qaranlıqda q i z l a r L e y l i n i aparırlar, M ә c n u n tәk qalır).
 
(M u s i q i: rast)
 
(M ә c n u n u n a t a s ı n ı n sәsi gәlir vә sonra özü dә sәhnәyә çıxır vә M ә c n u n u tapır).
 
M ә c n u n u n a t a s ı--
 
Ey cövhәri-canımın hәvası,
Ey dideyi-bәxtimin ziyası!
Sәndәn nә rәva bu macәralәr,
Sәrmayeyi-eyb olan sәdalәr.
Derdim olasan mәnim pәnahım,
Fәxrim, şәrәfim, ümidgahım.
Vәhşilәr ilә nәdir bu birlik?
İnsan ilә xoş deyilmi dirlik.
Rәhm et mәni-zarü namuradә,
Qoyma bu mәşәqqәtü bәladә.
 
M ә c n u n--
 
Söylә görüm, ey mәnә verәn pәnd,
Danayi-süxәn vә ru xirәdmәnd.
Kimsәn vә nәdir bu küftükulәr?
Bifaidә batil arizulәr.
Get! Dәrdimә sәn dәva deyilsәn,
Biganәsәn, aşina deyilsәn.
Mәn böylә kәlamә tutmazam guş,
Leyli sözü söylә, yoxsa xamuş!
 
(Bu halda bir neçә әrәb gәlib keçәrkәn bu macәranı görüb, M ә c n u n u n a t a s ı n d a n soruşurlar).
 
(M u s i q i; tәsnif)
 
Ә r ә b l ә r--
 
Söylә bir görәk, әrәb, bu cavan nәdәn xәstә, (2 dәfә)
Bәlkә bizdә bu dәrdin davası tapıla kaş....
Davası tapıla kaş, davası tapıla kaş....
Ey, biz dә dünya görmüş adamız, (2 dәfә)
Xәstәlәrә dava edәriz.
İnsan başına әlәni bilmәk gәrәk. (2 dәfә)
 
(M u s i q i)
 
M ә c n u n u n a t a s ı--
 
Allahın bәndәlәri, bu mәnim fәrzәndimdir, (2 dәfә)
Eşqdir bunun dәrdi, olub bir qıza aşiq,
Leyliyә budur aşiq! (2 dәfә)
Ey, hәr tәbibә getdim, söylәdim,
Dәrdi-eşqә әlac istәdim.
Min cürә dәva verdilәr, kar etmәdi.... (2 dәfә)
 
(M u s i q i)
 
Ә r ә b l ә r--
 
Ey pir, bunun dәrdinә әlac bircә şey var, (2 dәfә)
Kәbәyә aparasan, hәcәri görә bәlkә.
Hәcәri görә bәlkә,
Dәrdindәn ola azad,
Ey, sәcdә qılsın Kәbәyә oğlan, (2 dәfә)
Sәn dә üz tut dәrgahi-ilahә,
Qılgilәn münacat, dilә bir әlac. (2 dәfә)
 
(M u s i q i: әraq)
 
M ә c n u n--
 
Eşq dәrdi, ey müalic, qabili-dәrman deyil!
Cövhәrindәn eylәmәk cismi cida asan deyil!
Dövr cövründәn şikayәt edәnә aşiq demә,
Eşq mәsti vaqifi-keyfiyyәti-dövran deyil!
Canı canan ittihadi fariq eylәr cismdәn,
Cismdәn agah olan can vasili-canan deyil!
 
(M u s i q i: heyratı; N o f ә l qoşunu ilә gәlir; bunları görüb oxuyur.)
 
N o f ә l--
 
Ey xәstә, nәdir bu çәkdiyin zәhmәtü rәnc,
Viranәdә zaye etdiyin dürü gәnc?!
Vәhşi nә bilir sәnin mәqamın? (2 dәfә)
Hal әhlisәn, istә, әhli-hali etsin әlac,
Hal әhlisәn, istә, tapasan şәfa.
 
Ә r ә b l ә r h a m ı s ı--
 
Bu oğlan aşiqdir
 
(M u s i q i)
 
Leyli adlı bir gözәlә.
Әmma bәxti yar olmaz;
Atası qızı vermәz.
Bu da qızın eşqindәn olmuş divanә, (2 dәfә)
Әl çәkib dünyadan, ata-anadan qaçıbdır.
Әl çәkib dünyadan, mәcnun olubdur.
 
(M u s i q i)
 
N o f ә l--
 
Ey cavan, bildim dәrdini sәnin, bәladır,
Әmma ümidini kәsmә, allah kәrimdir. 
Mәn cәhd eylәrәm, Leylini sәnә alaram,
Qızıl istәsәlәr, qızıl bәxş eylәrәm.
Yoxsa qılıncımın zoru ilә alaram.
 
(M u s i q i)
 
(N o f ә l kağız yazıb göndәrir.)
 
M ә c n u n (Kabili üstә)--
 
Şükr eylәrәm, ey yeganeyi-әhd!
Tәdbirimә çoxlar etdilәr cәhd.
Sәndә, bilirәm ki, lütf çoxdur,
Nә sud ki, mәndә bәxt yoxdur.
Bәxtim, bilirәm, mәnim yamandır,
Sud istәdiyin mәnә ziyandır.
 
Ә r ә b l ә r--
 
Ey Nofәl, mәlumdur, sәndә şücaәt çoxdur,
Әmma ki, Mәcnunun bәxti, taleyi yoxdur.
 
M ә c n u n--
 
Bәxtim, taleyim yoxdur, bәxtim, taleyim yoxdur,
 
Mәn ki, mәcnunәm.
 
Ә r ә b l ә r--
 
Mәcnunin dә allahdan başqa bir әlacı yox,
Ona әlac olsa allahdan olar.
 
(M u s i q i)
 
N o f ә l-- 
 
Qәm çәkmә ki, mәn olunca sәnә qәmxar,
Yarın, bil ki, әnqәrib olur sana yar.
Ümidvar ol!
Sәn cәhd elә ki, yar ola sәnә mayil,
Çün yar olsa mayil, kar olur asan.
 
(M u s i q i)
 
(Bu vaxt L e y l i n i n a t a s ı on nәfәr yaraqlı әrәblә gәlir. N o f ә l onlara deyir:)
 
N o f ә l--
 
Ey qom bülәndpayә,
Biganә olmuş aşinayә.
Leylini verin Mәcnunә,
Bu işә siz razı olsanız,
Sizi eylәrәm dövlәtmәnd.
Simüzәr verәrәm,
Әgәr sözlәrimi yerә salsanız, eylәrәm
Sizi şәmşirin zәrbinә qurban.
 
(M u s i q i)
 
L e y l i n i n a t a s ı--
 
Ey hünәrvәr, bu cünundur,
Bizdә cünunә qız yoxdur.
Lazım deyil bizә zәrin,
Әl çәkirik zәrindәn.
Qorxmuruq şәmşirindәn.
Hәr nә bilsәn et!
Laf ilә qılıncdan gәl urma qıl dәm
Kim, vardır qılınclar bizlәrdә dә hәm.
 
(M u s i q i)
 
(Qılınclarını çәkib davaya başlayırlar. M ә c n u n әlinә bir xәncәr alıb N o f ә l i n qoşunlarını qırmağa başlayır. N o f ә l onu kәnara çәkib deyir:)
 
N o f ә l--
 
Nә iş görürsәn, divanә!
Düşmәnә kömәk edirsәn.
Biz ölürük sәnin üçün,
Sәn qırırsan bizi neçün?
Xәncәri tulla,
Mәn cәhd edirәm ki, düşmәni mәğlub eylәyim
Kim, Leylini alıb sәnә verdirim.
 
(M u s i q i)
 
M ә c n u n (Kabili üstә)--
 
Ey Nofәl, mәn fәdayi-yarәm,
Vәslinә onun ümidvarәm,
Yarım tәrәfindә ola nüsrәt,
Bәlkә ki, bulam vüsalә fürsәt.
Canım ola dust dilpәziri,
Ya köştәsi ola, ya әsiri.
 
(Bu vaxt L e y l i n i n a t a s ı ilә İ b n-S ә l a m gәlir; qılınclarını salıb, N o f ә l ә müraciәtlә oxuyurlar:)
 
L e y l i n i n a t a s ı--
 
Ey hünәrvәr, sәndә zәfәr.
Bizә aman ver, nahaq bu xәlqi
Qırma, qırma, qırma, qırma!
Leylini vermişәm özgә әrә,
Leyli verilib İbn-Sәlamә.
İndi razı olma iki әri olsun yarın,
Namusa toxunan iş deyilmi bu?!
 
(M u s i q i)
 
N o f ә l (әl verir)--
 
Doğrudur, doğrudur, doğrudur,
 
(Qoşuna)
 
Ey lәşkәr! Çәkilin davadan,
Dәxi bәsdir cәng;
Әvvәldәn bilsәydim tökmәzdim bu qәdәr qan,
Mәcnunә allahdan әql istәrdim.
 
(M u s i q i)
 
(H a m ı bir yerdә әllәrini yuxarı qaldırır).
 
H a m ı--
 
Bar, ilahi, әfv et
Bu günahı biz bәndәdәn.
Bu Mәcnuni eylә
Aşiqlikdәn xilas.
 
(M u s i q i)
 
PӘRDӘ

 

Dördüncü pərdə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR