Slimfit
  1. ƏDƏBİYYAT

Üzeyir Hacıbəyov - Əsli və Kərəm/İkinci pərdə

Üzeyir Hacıbəyov - Əsli və Kərəm/İkinci pərdə
Sakura

Üzeyir Hacıbəyov - Əsli və Kərəm/İkinci pərdə

BİRİNCİ ŞӘKİL
 
İsfahan şәhәrindә p a d ş a h ı n s a r a y ı n d a vaqe olur. Saray mümkün mәrtәbәdә şәşәәli döşәnmişdir. P a d ş a h taxtda әylәşibdir, ә y a n l a r dәxi yanına düzülübdürlar, K ә r ә m dәxi padşahın hüzurunda ortada dayanıbdır.
 
P a d ş a h (rast)--
 
Söylә görüm, oğlum, bu qәdәr ahә sәbәb nә?
Gündüz, gecәlәr ahu fәğan, nalә sәbәb nә?
Derlәr sәni tәrsa qızına aşiq olubsan,
Söylә görüm a ... bundakı dәsgahә sәbәb nә?
 
K ә r ә m (söz ilә)--Şah baba, izn ver ki, mәn öz eşq bәlamı sizә dil ilә deyil, tel ilә qandırım. Sofi, ver mәnim sazımı. (Sofi saz gәtirir).
P a d ş a h--Söylә qulaq asaq!
K ә r ә m (sazı әlinә alıb çalır)--
 
(M u s i q i)
 
K ә r ә m--
 
Keşiş bağçasında bir gözәl gördüm.
Әqlimi başımdan aldı, nә çarә?
Daramış zülfünü, tökmüş üzünә,
Sәrimi sevdayә saldı, nә çarә?
 
(M u s i q i)
 
Mәn dә bildim bir keşişin qızıdır,
Sәhәrdәn çıxmış dan ulduzudur,
Yuxuda gördüyüm ol özüdür,
O, halımı bilmәz isә nә çarә?
 
(M u s i q i)
 
Dәrdli Kәrәm deyir firqәtim qәti,
Kәskindir qılıncı, yürükdür atı.
Ol İsәvi, mәn Mәhәmmәd hümmәti,
Hәqq dininә dönmәz isә nә çarә?
 
(M u s i q i)
 
P a d ş a h (rast)--Sәn xәzinәdarım keşişin qızına aşiqsәn; burada heç bir ahü-nәva etmәli iş yoxdur. Sәn sәbr elә, mәn onun qızını alıb sәnә verәrәm.
Ә y a n l a r (tәsnif)--
 
Әlbәttә, şah buyursa, әgәr buyursa, әgәr әmr etsә,
 
(M u s i q i)
 
Әlbәttә, şah buyursa, әgәr buyursa, әgәr әmr etsә,
Keşişin sözü olmaz. (2 dәfә)
 
N ö k ә r (daxil olur)--Padşah sağ olsun, xәzinәdar keşiş hüzurunuza izn istәyir.
Ş a h--Söylә gәlsin.
 
K ә r ә m keşişin adını eşitcәk müztәrib hal olur vә ağlayır.
 
Ş a h--Oğlum, nә oldu sәnә, nә üçün ağlayırsan? 
 
(M u s i q i)
 
K ә r ә m--
 
Aşardı qarlı dağın ardına,
Xan Әslim ağlıma düşdü, ağlaram.
Hey ağalar, dayanamam dәrdinә,
Xan Әslim ağlıma düşdü, ağlaram,
 
(M u s i q i)
 
Eşidib keşişin adını,
Xan Әslim ağlıma düşdü, ağlaram.
Duymuşam mәhәbbәtin dadını,
Sevdiyim xәtrimә düşdü, ağlaram.
 
(M u s i q i)
 
Ş a h--Oğlum, sәnin bәxtindәn keşiş özü hüzuruma gәlibdir. Mәn bu gün ondan nişan alaram.
 
K e ş i ş daxil olur, baş әyir, әlindә bir dәstә açarlar.
 
Şah--Söylә görüm, xәzinәdar, mәtlәbin nәdir?
K e ş i ş--Padşah sağ olsun, tamam otuz ildir ki, sәnin çörәyini yeyib, sәnә xidmәt etmişәm, indi çörәyini mәnә halal elә vә mәni qulluğumdan azad elә.
Ş a h--Keşiş, nә olubdur? Yoxsa mәndәn vә ya mәnim adamlarımdan incimisәn?
K e ş i ş--Әstәgfurulla!... Ancaq mәn çox qocalmışam, qorxuram ki, xidmәtimdә qüsur göstәrәm.
 
Ә y a n l a r bir-birlәrinә işarә edirlәr.
 
Ş a h--İndi ki, azadlıq sәnin öz xahişindir, mәnim dә sözüm yoxdur. Lakin onu bil ki, bu otuz illik xidmәtindәn mәn çox razıyam, mәhşәrәcәn hümmәtim üstündә baqi qalacaqdır. Ancaq, keşiş, sәn dә gәrәk mәnim әmrimi yerinә yetirәsәn.
K e ş i ş--Buyur, padşah, can vә baş ilә yetirәrәm. (Kәnara). Ax, qorxuram ki, qızımı istәyә.
Ş a h--Keşiş, mәnim oğlum Әhmәd Mirzә sәnin qızına aşiq olubdur (keşişdә hәrәkәt), sәn gәrәk qızını mәnim oğluma verәsәn.
K e ş i ş (pәrişan-hal)--Padşah sağ olsun, necә ola bilәr, dinimiz ayrı, adәtimiz ayrı....
Ş a h--Mәn sәnin qızını müsәlman edәrәm.
K e ş i ş (daha da bәdhal olub)--Padşah sağ olsun, hәr nә ağır tәklifin varsa mәnә әmr et, lakin bu tәklifdәn vaz keç (әyanlarda işarәlәr).
Ş a h--Yox, keşiş, heç vaxt keçmәrәm, gәrәk qızını mәnim oğluma verәsәn.
K e ş i ş (yalvarır)--Padşah sağ olsun, buyur boynumu vursunlar, amma qızımı әlimdәn alma.
Ş a h--Keşiş, gözümün ağı-qarası bir nәfәr oğlum var, mәn onun әza vә cәfasına razı ola bilmәrәm, әmr edirәm ki, qızını ona verәsәn.
K e s i s--Padsah!...
Ş a h (qәzәblә)--Xamus!... Artıq söz lazım deyildir.
K e ş i ş--Padşah sağ olsun, indi ki, sәnin әmrindir, razıyam. Ancaq mәnә beş ay möhlәt ver ki, toy tәdarükü görüm.
Ş a h--Razıyam möhlәtә (Kәrәmә); oğlum, daha sәnin ahü-nәvan әbәsdir, get, arxayın ol! (Kәrәm ağlayır).
Ş a h (tәәccüblә)--Oğlum, daha niyә ağlayırsan?
 
(M u s i q i)
 
K ә r ә m--
 
İnanmıram qara keşiş sözünә,
Yox etibarım onun özünә;
Salacaqdır mәni çölün düzünә,
Xan Әslim ağlıma düşdü, ağlaram.
 
(M u s i q i)
 
Uca dağ başında ötüşür quşlar,
Tәrlanım uçdu kimlәr görmüşlәr,
Dәrdimi anlamaz bunda keşişlәr;
Xan Әslim ağlıma düşdü, ağlaram.
 
(M u s i q i)
 
Dәrdli Kәrәm deyir: bu dәrdim bitmәz,
Yarımın sevdası sәrimdәn getmәz,
Yüz min öyüd ver, biri kar etmәz,
Xan Әslim ağlıma düşdü, ağlaram.
 
(M u s i q i)
 
Ş a h (ayağa durur, getmәk üçün oğlunun qolundan tutur)--Oğlum! Keşiş mәnә söz verәndәn sonra sözündәn çıxa bilmәz. Beş ay dözәrsәn, inşaallah, sonra yarın sәnә yetişәr. İndi gәl gedәk sәni şikara aparım. (Hamısı gedirlәr, keşiş onları bir qәdәr ötürüb sonra qayıdır).
 
(M u s i q i)
 
K e ş i ş--
 
Qaçmaq, qaçmaq, (2 dәfә)
Qaçmaqdan başqa әlacı yoxdur. (2 dәfә)
Getmәk, getmәk,
Getmәsәm әgәr әngәlim çoxdur.
(Fikir ilә) Olsam razı.... Yox!...
Qaçmaq, qaçmaq, (2 dәfә)
Qaçmaqdan başqa әlacı yoxdur. (2 dәfә)
Qaçmaq, qaçmaq, qaçmaq,
Qacmaq!... (Qaçır gedir).
 
PӘRDӘ
 
 
 
 
İKİNCİ ŞƏKİL
 
 
Zәngidә k e ş i ş i n b a ğ ç a s ı n d a vaqe olur. Ancaq bu sәfәr bağçadakı güllәr sınıb, solub, ağacların bәzilәri qırılıbdır. Sandalyalar alt-üst olubdur. Yenә sol tәrәfdә dağlıq vә ortada sәrv ağacı. Zәngi әhlindәn S ә f i adlı qoca mәyus vә kasıb bir bucaqda yumrulub yatıbdır. Musiqi çalınırkәn sәhnә açıq durur. Sonra ә y a n l a r, q o ş u n, K ә r ә m ilә p a d ş a h kamal-dәbdәbә ilә daxil olurlar.
 
Ş a h (söz ilә)--Bu necә işdir, keşiş bizim qabağımıza çıxmadı? Sәslәyin keşişi!
Ә y a n l a r d a n b i r i--Hey, hey!... Kesis, hey, hey!... (Gedir içәri baxır vә çıxır); şah sağ olsun, heç kәs yoxdur.
Ş a h--Bu necә olan işdir?! Yoxsa keşiş mәni aldatdı, bu saat onun başını bәdәnindәn cida etdirәrәm.
Ә y a n l a r d a n b i r i (axtararkәn Sәfini görür)--Şah sağ olsun, burada bir şәxs yatıbdır.
Ş a h--Durğuzun ondan soruşaq.
Ә y a n (Sәfini oyadır)--Hey, hey, dur ayağa! (Sәfi güç ilә qalxır, gözlәrini ovur). Dur, padşah gәlibdir. (Sәfi üzü üstә yıxılır vә sәcdә edir.)
Ş a h--Ey adam, söylә, keşiş haradadır?
S ә f i--Atam-anam sәnә qurban olsun, padşah! Keşiş budur üç aydır evli-eşikli bu vilayәtdәn qaçıbdır.
Ş a h--Ax, mәlun!... (fikrә gedir).
 
(M u s i q i)
 
K ә r ә m (birdәn başlayır, üzünü dağlara tutub oxuyur)--
 
Xan Әslim Zәngidәn fәrar eylәmiş,
Yol vermәyin, başı dumanlı dağlar!
Belә getmiş atasilә anası,
Yol vermәyin, başı dumanlı dağlar!
 
(M u s i q i)
 
İsfahan bәylәri qalxdılar toya,
Zәnginin xalqı qaçdılar Xoya,
Aşiq gәldi mәşuqundan doya,
Yol vermәyin, başı dumanlı dağlar!
 
(M u s i q i)
 
Dәrdli Kәrәm bu eşq ilә bişmişdir,
Sövda üçün bu sәrindәn keçmişdir.
Әsli, keşiş qaçıb burdan getmişdir,
Yol vermәyin, başı dumanlı dağlar!
 
(M u s i q i)
 
H a m ı (tәsnif)--
 
Qara keşiş, qara keşiş
Fәrar etmiş Zәngidәn, Zәngidәn.
Ax, üç ay edәr keşiş burdan sәn gedәn. (2 dәfә)
 
K ә r ә m--
 
Haqdan mәnә, haqdan mәnә
Tәqdirdir: aşiqәm, aşiqәm.
Gәrәkdir olsun mәndә ahü dәrdü qәm. (2 dәfә)
 
H a m ı--
 
Yolun sәnin, yolun sәnin
Yumrulsun a, ay keşiş, ay keşiş!
Sәn necә qıydın şaha, gördün belә iş. (2 dәfә)
 
K ә r ә m (sәrv ağacına tәrәf gedib oxuyur; segah)--
 
Dur, sәrv ağacı, xәbәr ver, sorayım,
Sәrv ağacı, sәnin maralın hanı?
Eşit gәl, eşit ver mәnim cavabım,
Sәrv ağacı, sәnin maralın hanı?
 
Doğru söylәmәzsәn qәddin әyilsin,
Dilәrәm mövladan belin bükülsün,
Çürüsün yarpağın, şaxın qurusun,
Sәrv ağacı, sәnin maralın hanı?
 
Dәrdli Kәrәm deyir: yanıb tutәrәm,
Yarımın yanına bu gün yetәrәm;
Viran bağda bülbül olub ötәrәm,
Sәrv ağacı, sәnin maralın hanı?
 
(M u s i q i)
 
Ş a h (şur)--Bәsdir, oğlum, bu qәdәr ah-nәva bәsdir. Mәn bu saat hәr yerә adam göndәrib keşişi tapdıraram.
 
K ә r ә m (hicaz)--
 
Yeni bir sevdadır gәldi başıma,
Gәlin halallaşaq, mәn gedәr oldum.
Gәlib, ya gәlmәyib sizi tapmaram,
Gәlin halallaşaq, mәn gedәr oldum.
 
(M u s i q i)
 
Ürәyimdә yanar bunca atәşlәr,
Yar әlindәn yenә yaralar işlәr.
Gülüb oynadığım qızlar, qardaşlar,
Gәlin halallaşaq, mәn gedәr oldum.
 
(M u s i q i)
 
Duz-çörәk yediyim qohum-qardaşlar,
Nәdir bu fәlәyin etdiyi işlәr,
Gözümdәn axıtdı qan ilә yaşlar;
Gәlin halallaşaq, mәn gedәr oldum.
 
Ş a h (şur)--
 
Oğlum, bu nә sözdür danışırsan, danışırsan?
Eşq oduna bunca alışırsan, alışırsan?
Tәrsa qızına aşiq olub bunca uyursan,
Mәn tәk qocanı didәsi giryan qoyursan.
Ölsәm, oğlum, bu hökumәt kimә qalsın?
Kim şahlıq edib dövlәtin әhvalına yansın?
 
K ә r ә m (şur)--
 
Mәndәn, ata, padşahlıq uyma, uyma,
Mәn aşiqi gәl gözü yaşlı qoyma.
Haqq aşiqi olmuşam, yәqin bil,
Qoy yarımı axtarım tapım, bil.
 
(M u s i q i)
 
H a m ı (tәsnif)--
 
İzn verin getsin, şahım, bu Kәrәm (2 dәfә)
Getsin yarın tapsın, alsın o mәram. (2 dәfә)
Sәnin oğlun, şahım,
Hәqdәn aşiqdir, aşiqdir, aşiqdir.
Eşqә düşmәk, şahım, ona layiqdir,Layiqdir, layiqdir.
             
(M u s i q i)
 
P a d ş a h üzünü dәsmal ilә tutub ağlayır.
                        
(M u s i q i)
 
K ә r ә m--
 
Qәm-qәsavәt bu gün başa düzüldü,
Ağla, atam, ayrılığın günüdür.
Bizә qismәt qürbәt eldә verildi,
Ağla, atam, ayrılığın günüdür.
 
(M u s i q i)
 
Mәni kül eylәdi elin dillәri,
Bundan belә gözlәmәyin yolları.
Varayım, gәzәyim qürbәt ellәri,
Ağla, atam, ayrılığın günüdür.
 
(M u s i q i)
 
Mәni, ata, halal elә gedirәm,
Bir tәnbehdir öz-özümә edirәm.
Әslidәn başqa özgәni nedirәm?
Ağla, atam, ayrılığın günüdür, hey!... (Gedir).
 
PӘRDӘ

 

Üçüncü pərdə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR