Slimfit
  1. MƏDƏNİYYƏT

Üzeyir Hacıbəylinin məşhur əsəri erməni musiqisi kimi təqdim olundu

Üzeyir Hacıbəylinin məşhur əsəri erməni musiqisi kimi təqdim olundu
Sakura

Üzeyir Hacıbəylinin məşhur əsəri erməni musiqisi kimi təqdim olundu

Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən oğurlanır, mənimsənilir və şəxsi nümunələr kimi təqdim olunur.

Publika.az xəbər verir ki, milli mətbəximizi, musiqimizi, musiqi alətlərimizi və s. oğurlayaraq öz adlarına çıxarmağa adət edən ermənilərin daha bir sənət əsərimizi mənimsəmə cəhdi üzə çıxıb.

Belə ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının bir hissəsi erməni bəstəkarı Arno Babacanyan tərəfindən mənimsənilərək “Vaqaraşabat rəqsi” kimi təqdim edilib. Məyusedici digər məqam ondan ibarətdir ki, tanınmış musiqiçilər bu əsərləri dünyanın ən nüfuzlu konsert zallarında ifa edir və erməni musiqiçinin bəstəsi kimi qələmə verirlər.

Khatia Bunyatişvili adlı gürcü pianistin 2016-cı ildə Cenevrədəki çıxışı zamanı dahi bəstəkar Üzeyir Hacıbəyova aid olan “O olmasın, bu olsun” musiqili komediyasını “Vaqaraşabat rəqsi” kimi təqdim etməsi belə faktlardan biridir. Gürcü musiqiçinin sözügedən çıxışı AVETIS Assosiasiyasının yutub kanalında yerləşdirilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR