Slimfit
  1. MARAQLI

Üzəri buludla örtülən ada – Litla Dimun

Üzəri buludla örtülən ada – Litla Dimun
Sakura

Ada dənizdən 414 metr yüksəklikdədir

Dənizin ortasındakı kiçik adanın – Litla Dimun adasının olduqca maraqlı xüsusiyyətləri var.

İslandiya ilə Faroe adalarının ortasında yerləşən Litla Dimun adası üzərindəki buludla tanınır.

Litla Dimun adasının üzərində hər mövsüm mütləq bulud olur. Buludlar tərəfindən sarılan ada bəzən görünməz hala gəlir, bəzən də üstündəki ağ bulud bir papaq kimi görünür.

Ada dənizdən 414 metr yüksəklikdədir. Üst hissəsi düz olan adanın ətrafı iti qayalarla əhatələnib.

Bölgədəki 18 adanın ən kiçiyi olan Litla Dimun adası eyni zamanda insanın yaşamadığı tək ada xüsusiyyətinə sahibdir.

Adanın maraqlı xüsusiyyətlərindən biri də nəsli kəsilmiş olan çöl qoyunlarının burada hələ də yaşaması ilə bağlıdır.

 

Mənbə: Seanews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR