Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Üzdə bu dəyişikliklər hansı xəstəliklərdən xəbər verir?

Üzdə bu dəyişikliklər hansı xəstəliklərdən xəbər verir?
Sakura

Üzdə bu dəyişikliklər hansı xəstəliklərdən xəbər verir?

Üzdə dəyişikliklər müxtəlif xəstəliklərin əlamətləri ola bilər. AZƏRTAC tibb saytlarına istinadla həmin əlamətlərin siyahısını təqdim edir.

Solğun dəri anemiya, yaxud qanda dəmir çatışmazlığının göstəricisi ola bilər. Bunun üçün həftədə azı iki dəfə qırmızı ət, paxlalı bitkilər, habelə yaşıl yarpaqlı tərəvəz yemək məsləhət görülür.

 

Sızanaqlar çox vaxt yeniyetmə yaşlarında hormonal proseslərin, yaxud rasionda şəkərin miqdarının çox olmasının nəticəsidir. Həmçinin sızanaqlar xroniki qəbizlik, qadınlarda hormonal pozulmalara da işarə edə bilər.

Saralmış gözlər sarılığın əlamətidir. Əgər göz ətrafındakı dəri, yaxud gözün ağ təbəqəsi saralıbsa, qaraciyəri müayinə etmək üçün təcili həkimə müraciət etmək lazımdır.

Göz altı torbalar çox vaxt böyrəklərdə problemlərin olduğunu göstərir. Onlar dəri altında həddindən çox mayenin toplanması, yəni böyrəklərin yaxşı işləməməsi nəticəsində əmələ gəlir. Daha ciddi hallarda ürək çatışmazlığına dəlalət edir.

Dərin qırışlar qocalmanın təbii nəticəsidir. Lakin siqaretçəkmə qırışları daha da dərinləşdirir, kollagen və elastini dağıdır. Gündə hətta bir siqaret çəkmək belə, qırışların əmələ gəlməsi prosesini sürətləndirir. Qaraciyər xəstəlikləri də qırışların erkən əmələ gəlməsinə və dərinləşməsinə səbəb ola bilər.

Dərinin qızarması. Planetimizin əhalisinin təqribən 10 faizi rozaseadan əziyyət çəkir. Rozasea nəticəsində üzün dərisi çuğundur kimi qızarır. Acı yeməklərə, kofeinli və alkoqollu içkilərə meyilli olanda, habelə gün altında çox gəzəndə onun əlamətləri daha da güclənir.

Dodaqların quruması susuzlaşmanın, allergiyanın, şəkərli diabetin əlaməti ola bilər.

Üzdə arzuolunmaz tüklərin inkişaf etməsi adətən hormonal nasazlıqla bağlıdır. Qadınlarda yumurtalıqların polikistozu çox vaxt onların üzlərinin tüklənməsinə səbəb olur.

Mənbə: Saglamolun.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR