Slimfit
  1. TEXNOLOGİYA

Üz ifadəsinə görə parkinson xəstəliyinə diaqnoz qoyan “ağıllı” eynək təqdim edilib

Üz ifadəsinə görə parkinson xəstəliyinə diaqnoz qoyan “ağıllı” eynək təqdim edilib
Sakura

Üz ifadəsinə görə parkinson xəstəliyinə diaqnoz qoyan “ağıllı” eynək təqdim edilib

2015-ci ildə təsis edilmiş “Emteq” şirkəti insan sifətinin hərəkətlərini müəyyənləşdirən daşınan qurğuların istehsalı ilə məşğuldur. Texnologiya iflicdən əziyyət çəkən pasiyentlərə üz əzələlərini məşq etdirməyə imkan verir. İflic olmuş insanlar üçün özlərini güzgüdə görmək xoşagəlməz olduğundan qurğu onların sifətini virtual avatara proyeksiya edir.
 
“Wired” nəşri yazır ki, indi “Emteq” şirkətinin yaradıcıları bu texnologiyanı qurğudan istifadə edənlərin emosiya və psixi sağlamlığının monitorinqi məqsədilə istifadə etmək niyyətindədir.
 
ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, 10 elektroddan ibarət olan qurğu üz əzələlərinin hərəkəti zaman yaranan zəif elektrik siqnallarını izləyəcək və üzün ifadəsini müəyyənləşdirəcək.
 
Şirkət tərəfindən ilkin qurğu əsasında hazırlanmış "ağıllı eynək" parkinson xəstəliyindən əziyyət çəkən pasiyentlərin üz ifadəsi, bədən hərəkətləri və səs intonasiyası haqqında məlumatları toplayır. Alimlər ümid edirlər ki, cihaz tərəfindən toplanmış məlumatlar sonra xəstəliyin diaqnostikası və preparatların təyin edilməsində istifadə ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR