Slimfit
  1. SİYASƏT

"Uyğun zaman və şərait prinsipi" - Azərbaycan hədəflərinə çatır

"Uyğun zaman və şərait prinsipi" - Azərbaycan hədəflərinə çatır
Sakura

"Uyğun zaman və şərait prinsipi" - Azərbaycan hədəflərinə çatır

Azərbaycanın 30 ildir işğal altında olan torpaqlarını 44 gün ərzində işğaldan azad etməsi müharibə tarixinə yazılacaq böyük uğurdur.

Ens.Az-ın məlumatına görə,bu barədə Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

O qeyd edib ki, Ermənistanın Qarabağı işğal etməsi bu problemin həlli üçün ATƏT-in Minsk qrupu yaradılsa da, keçən 30 il ərzində heç bir irəliləyiş əldə olunmadı. Bundan ruhlanan Ermənistan regionda təxribatlar törətməyə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyətini davam etdirib.

"Təqdir etdiyim və gələcəkdə dərsliklərdə öyrədiləcəyinə inandığım Azərbaycan siyasəti çoxşaxəli, rasional, səbirli və “uyğun zamanda, uyğun şəraitdə və ölçülü şəkildə hərəkət etmək” prinsipinə əsaslanır. Azərbaycan işğal altındakı torpaqlarının azad edilməsini 30 il gözlədi.

Bu dövrdə çoxşaxəli diplomatiya fəaliyyəti həyata keçirdi, ordusunu gücləndirdi, xalqını hazırladı, müttəfiqləri ilə lazımi koordinasiya qurdu. Lazımi zamanda başladığı müharibəni qısa müddətdə dünya müharibəsi tarixinə düşəcək zəfərlə qazanmağı bacardı. Ermənistanı masa arxasında oturmağa və şərtlərini qəbul etməyə məcbur etdi.

Azərbaycan keçirdiyi lokal antiterror əməliyyatı ilə də öz suverenliyini bərpa etdi. Azərbaycan qarşıya qoyduğu hədəflərinə çatır və bu belə də davam edəcək. Bunu Prezident İlham Əliyevin “Mən nəyi, necə və nə vaxt edəcəyimi bilirəm” sözlərindən oxumaq mümkündür", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR