Slimfit
  1. DÜNYA

Uxanda koronavirus xəstələri üçün tikilən ilk xəstəxanadan görüntülər

Uxanda koronavirus xəstələri üçün tikilən ilk xəstəxanadan görüntülər
Sakura

Uxanda koronavirus xəstələri üçün tikilən ilk xəstəxanadan görüntülər

Çin hökuməti yayılan koronavirus epidemiyası ilə mübarizə üçün bütün gücünü səfərbər edib. Xəstəliyin ilk peyda olduğu Uxan şəhərində 10 gün ərzində xəstəxana tikilib.

“Sinxua” xəbər agentliyi xəstəxananın xarici və daxili görünüşü ilə bağlı video yayıb.

Yanvarın 24-də tikilməyə başlayan “Hoşenşan” xəstəxanası fevralın 2-də artıq təchizatların quraşdırılması və xəstələrin qəbulu üçün hazır olub. Ötən gün binanın tibb işçilərinə təhvil verilməsi mərasimi həyata keçirilib.

Xəstəxana 1000 xəstə üçün nəzərdə tutulub.

Şəhər daha bir xəstəxananın inşasının başa çatmasını gözləyir. 

“Leyşenşan” xəstəxanasının açılışı isə fevralın 5-nə planlaşdırılıb, xəstə qəbulu isə bir gün sonra baş tutacaq.

Bu xəstəxana əvvəlkindən daha böyükdür - burada 1600 xəstə üçün yer ayrılıb. 

Xatırladaq ki, dekabrın 31-də Çin hökuməti ölkənin mərkəzi hissəsində yerləşən Uxan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə Dünya Səhiyyə Təşkilatına məlumat verib.

Mütəxəssislər xəstəliyin törədicisini təyin edərək bunun “2019-nCoV” koronavirus olduğunu bildiriblər. Yeni epidemiya ilə əlaqədar Çinin, demək olar ki, bütün şəhərlərində karantin elan olunub.

Xəstəliklə əlaqədar hər gün onlarla insan həyatını itirir. Fevralın 2-nə olan məlumata görə, Çində “2019-nCoV” koronavirusuna yoluxanların sayı 13,8 min, ölənlərin sayı isə 350 nəfərə çatıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR