Slimfit
  1. MARAQLI

Ütünün altından suyun axma səbəbi

Ütünün altından suyun axma səbəbi
Sakura

Ütünün altından suyun axma səbəbi

Buxar ütülərinin istifadəsi zamanı tez-tez rast gələn problemlərdən biri — ütünün altlığındakı dəlinklərdən buxar əvəzinə suyun xaric olmasıdır. Görəsən bunun səbəbi nədir? Səbəb olaraq ütünün düzgün istismar edilməməsi və ya onun hər hansı bir detalının sıradan çıxmasını göstərmək olar. Problemin səbəbini aşkarlayıb, onu aradan qaldırmağın bir neçə yolu mövcuddur.

Suyun axma səbəbini tapmaq üçün ütünün iş prinsipi ilə (daha doğrusu, buxarın əmələ gəlmə mexanizmi ilə) tanış olmaq lazımdır. Suyun axma səbəbləri bunlar ola bilər:

  1. Buxar tənzimləyici klapanın sıradan çıxması
  2. İstifadəçinin istehsalçının təlimatına riayyət etməməsi

Ütünün iş prinsipi.

Ütünün su xəzinəsinin içərisinə tökülmüş su buxar tənzimləyici klapanın içərisindən keçərək ütünün altlığının daxili səthinə ötürülür. Ütünün korpusunda yerləşən buxar tənzimləyicisi ütünün altındakı dəliklərin ölçüsünü artırıb azaldır. Bu funksiya ütünün altlığına verilən suyun lazımi miqdarda olmasını təmin etmək üçün nəzərdə tutulub.

Yüksək temperaturun təsirindən su buxar halına keçib ütünün altlığındakı dəliklərdən xaric olur.

Buxar tənzimləyici klapanın qüsuru olduğu halda ütü doğru istismar edildikdə belə aşağı temperatur rejimi seçildikdə klapan bağlı olduğu halda ütünün altından su axa bilər. Bunan səbəbi klapanın qüsurudur. Bundan əmin olmaq üçün klapanı bağlı olan və naqili elekrik prizinə qoşulmamış ütünün içərisinə su töküb onu çalxalamaq lazımdır. Əgər ütünün altından su axarsa, deməli, tənzimləyici klapan altlıqdakı dəlikləri lazımi dərəcədə bağlanır.

Bunun səbəbi klapanın rezindən hazırlanmış aralıq zolağının korlanmasıdır. Ütü uzun müddət istifadə edildikdə yüksək hərarətin təsirindən rezin aralıq öz xüsusiyyətini itirib, klapanın qüsuruna, yəni qeyri-germetik olmasına, gətirib çıxarır. Belə qüsurun aradan qaldırılması usta tərəfindən həyata keçirilməlidir.

Ütü düzgün istismar edilmədikdə də onun altından su axa bilər. Belə ki, ütünün korpusunda yerləşən buxar tənzimləyici klapanı ütü lazımi temperatura qədər qızmayınca açmaq olmaz. Əks təqdirdə, yəni ütü qızana qədər buxar tənzimləyici klapan açıldıqda, ütünün altındakı dəliklərdən buxar əvəzinə su xaric olacaq.

Yadda saxlayın!

“Buxar” funksiyasını işə salmadan qabaq ütünün korpusundakı temperatur tənzimləyicisini ütülənəcək parçanın növünə uyğun ayarlamaq lazımdır. Sonra ütünü şaquli vəziyyətdə qoyub, indikator lampasının sönməsini gözləmək lazımdır. Ütünün korpusunda yerləşən bu lampanın sönməsi onun işə hazır vəziyyətdə olmasını göstərir.

Qeyd etmək lazımdır ki, ütünün içərisinə suyu tökdükdən sonra su xəzinəsinin qapağını kip bağlamaq lazımdır.

Suyun xaric olmasının qarşısını alma üsulu.

Əgər ütünün altından həddən artıq buxar xaric olursa, həmin buxar ütünün korpusunun xarici səthində toplanıb, ütülənən əşyanın üzərində su ləkələri buraxa bilər. Bu suyun əmələ gəlmə səbəbi buxarın kondensasiya olmasıdır.

Suyun axmasının daha bir səbəbi — su xəzinəsinin içərisinə kimyəvi maddələrin düşməsidir. Bu suyun tərkibində olan duzlar və kimyəvi maddələr, və ya ütüləməni asanlaşdırmaq üçün istifadəçi tərəfindən ütünün xəzinəsinin içərisinə tökülən vasitələr ola bilər. Adı çəkilən bu maddələr buxarın əmələ gəlmə prosesini ləngidib ütünün altından suyun axma səbəbi ola bilərlər. Bu xoşagəlməz halın qarşısını almaq üçün ütünün su xəzinəsini yaxşıca yuyub, oraya yalnız filtrdan keçmiş su tökmək lazımdır.

Yadda saxlayın!

Ütüləməni bitirdikdən sonra buxar tənzimləyicisini “0” vəziyyətinə gətirmək lazımdır. Sonra ütünün içərisindəki suyu boşaldıb, onu yalnız şaquli vəziyətdə saxlamaq lazımdır.

 Bu sadə qaydalara düzgün riayyət etsəniz, “ütünün altından niyə su axır?” sualına cavab axtarmaq lazım gəlməyəcək.

 Mənbə: Evdar.tv
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR