Slimfit
  1. DÜNYA

ÜTT-nin baş direktoru vəzifəsindən istefa verir

ÜTT-nin baş direktoru vəzifəsindən istefa verir
Sakura

ÜTT-nin baş direktoru vəzifəsindən istefa verir

Ümumdünya Ticarət Təşkilatına (ÜTT) baş direktoru Robertu Azevedu 2021-ci ildə səlahiyyət müddətinin bitməsini gözləmədən vəzifəsindən istefa vermək niyyətindədir.

Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Artıq Robertu Azevedu qərarı barədə təşkilata üzv ölkələrin nümayəndələrini məlumatlandırıb.

Bildirilib ki, Azevedunun dörd müavinindən biri müvəqqəti baş direktor təyin edilə bilər: nigeriyalı Yonov Frederik Aqa, almaniyalı Karl Brouner, amerikalı Alan Volf və çinli Yi Syoçjun.

Xatırladaq ki, braziliyalı Robertu Azevedu 2013-cü ildən ÜTT-nin baş direktoru vəzifəsində çalışır. 2017-ci ildə ikinci dəfə dörd illik müddətə yenidən seçilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR