Slimfit
  1. MEDİA

UTECA tələbələri üçün yeni imkanlar

UTECA tələbələri üçün yeni imkanlar
Sakura

UTECA tələbələri üçün yeni imkanlar

“Standard Insurance” sığorta şirkətinin rəhbər heyətinin Azərbaycan Texnologiya Universitetində tələbələrlə görüşü baş tutub. Tədbiri giriş sözü ilə açan UTECA-nın təlim-tərbiyə işləri üzrə prorektoru Mətanət Əhmədova bildirib ki, Azərbaycan Texnologiya Universiteti müəssisə əməkdaşlıqlarını daim genişləndirməklə tələbələrin gələcəkdə işlə təminatı məsələlərini öz prioritetlər sırasına daxil edib. UTECA tələbənin bu günüylə yanaşı sabahı üçün də şərait yaradır, beynəlxalq təcrübəyə əsaslanaraq ölkənin aparıcı müəssisələrinin tələb və sifarişlərinə uyğun kadrlar yetişdirir. Tələbələr müasir nəzəri biliklərə yiyələnməklə yanaşı yüksək innovasiyalı zavod və fabriklərdə təcrübə keçirlər. Prorektor qeyd edib ki, “Standard Insurance” sığorta şirkətinin tələbələrlə bugünkü görüşü də qeyd olunan silsilədəndir – tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, dərslərə davamiyyətə ciddi fikir verməklə boş qalan vaxtlarda müəyyən təcrübə toplamaq, nəticədə iş tapmaq imkanı.

Daha sonra “Standard Insurance” sığorta şirkətinin rəhbəri Anar Sadıxov layihə ilə bağlı tələbələri məlumatlandırıb. Bildirib ki, “Karyerada ilk addımlar” layihəsi Azərbaycan Sığrotaçılar Asosiasiyasının dəstəyilə reallaşdır. Layihə əsasında artıq 1 ildir ki, Tələbə təcrübə proqramına start verilib. Layihəyə bakalavr, magistr pilləsində təhsil alan bütün tələbələr qoşula bilər. Bunun üçün elektron qaydada müraciət edərək qeydiyyatdan keçmək lazımdır. Müraciət edən tələbələrlə yenidən görüş keçiriləcək və bundan sonra onlar təcrübə proqramında iştirak hüququ qazanacaqlar. Məhsuldarlığı ilə seçilən könüllülər “Standard Insurance” kollektivinin daimi sıralarına qatılacaqlar, yəni işlə təmin olunacaqlar. Təcrübə proqramı respublikanın bütün şəhər və rayonlarını əhatə edir. Belə ki, tələbələr müəyyən təcrübə əldə etdikdən sonra “Standard Insurance”ın yaşadıqları şəhər və rayon filiallarında da işə başlaya biləcəklər.

Təqdimatdan sonra Azərbaycan Sığrotaçılar Asosiasiyasının, “Standard Insurance”ın nümayəndələri, eləcə də müxtəlif bankların təmsilçiləri “Karyerada ilk addımlar” layihəsi və ümumilikdə sığorta bazarıyla bağlı tələbələri maraqlandıran sualları cavablandırıblar. Tədbir diskusiya şəklində davam edib. Sonda tələbələrə hədiyyələr təqdim edilib.

“Standard Insurance” ASC “Karyerada ilk addımlar” layihəsinin Tələbə təcrübə proqramına respublikanın müxtəlif universitetlərindən 50 tələb-könüllü qatılıb. Onlardan 11 nəfəri daimi işlə təmin edilib. 

Məqsəd sığorta bazarına yeni məhsullar çıxarmaq, eləcə də yeni kadrlar hazırlamaqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR