UTECA nümayəndələri İsveçdə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Texnologiya Universitetinin nümayəndə heyəti Avropa Komissiyası tərəfindən maliyələşən və Bakı Biznes Universitetinin də koordinatoru olduğu Erasmus Plus EQAC layihəsinin İsveçdə baş tutan növbəti beynəxalq təlimində iştirak edirlər. Stokolmda keçirilən təlimdə UTECA-nı universitetin tədris işləri üzrə prorektoru Dos.Vüqar İsmayılov və Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov təmsil edir.
Çili, Argentina, Yaponya və Çindən də əməkdaşların qatıldığı təlimdə Universitetlərdə keyfiyyətin təminatı sisteminin təkmilləşdirilməsi, CDIO, ali təhsil məkanında dayanıqlı inkişafın yaradılması, tələbə mərkəzli təhsil və biliyin yoxlanılması sisteminin qurulması barədə avropalı təhsil ekspertləri ilə geniş müzakirələr aparılır. Təlimin sonunda iştirakçılar beynəxalq əhəmiyyətli sertifikatla təltif olunacaqlar.
#EQAC #Erasmus+ #Stockholm #UTECA #TexnologiyaUniversiteti
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət