Slimfit
  1. MEDİA

UTECA nümayəndələri “CRENG”in açılışına qatılıblar

UTECA nümayəndələri “CRENG”in açılışına qatılıblar
Sakura

UTECA nümayəndələri “CRENG”in açılışına qatılıblar

Azərbaycan Texnologiya Universitetinin (UTECA) nümayəndələri Erasmus+ proqramının Potensialın artırılması (KA2) istiqamətində "Nəqliyyat xidmətləri üçün böhran və risklər mühəndisliyi (CRENG)” layihəsinin açılışında iştirak ediblər.

Tədbir Polşada, layihənin koordinatoru qismində çıxış edən Varşava Texnologiya Universitetində reallaşıb.

Avropa İttifaqının maliyyələşdirdiyi layihədə Azərbaycan Texnologiya Universitetilə yanaşı ölkəmizin daha 2 universiteti - Azərbaycan Texniki və Bakı Mühəndislik universitetləri  tərəfdaş qismində iştirak edir. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Nəqliyyat Agentliyi də layihədə tərəfdaş qurumlardandır.

Ümumilikdə isə layihə Polşa, Almaniya, Fransa, Ukrayna, Türkmənistan və Azərbaycan da daxil olmaqla 6 ölkəni əhatə edir.

Beynəlxalq tədbirdə UTECA-nı prorektor Vüqar İsmayılov, Elm və xarici əlaqələr mərkəzinin rəhbəri Orxan Vətənxah təmsil edib.

İştirakçılar təmsil etdikləri universitetlərlə bağlı təqdimatla çıxış edib, müxtəlif təkliflər irəli sürüblər.

İki gün davam edən iclasda üçillik layihənin məqsəd və vəzifələri, tərəfdaşların rolu, görüləcək işlər, prioritetlər, əldə ediləcək nəticələr barədə danışılıb.

Tədbir çərçivəsində ölkəmizi təmsil edən nümayəndə heyətinin Azərbaycan Respublikasının Polşada Fövqaladə və Səlahiyyətli səfiri Həsən Həsənovla görüşü olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR