Slimfit
  1. MEDİA

UTECA ilə Heyvandarlıq ETİ arasında memorandum imzalanıb

UTECA ilə  Heyvandarlıq ETİ arasında  memorandum imzalanıb
Sakura

UTECA ilə Heyvandarlıq ETİ arasında memorandum imzalanıb

Azərbaycan Texnologiya Universiteti ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında görüş keçirilib. UTECA-da baş tutan işgüzar görüşdə hər iki müəssisənin rəhbərləri və müfaviq əməkdaşları iştirak edib. 

Görüş zamanı Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov bildirib ki, bütün sektorlarda olduğu kimi heyvandarlıq sahəsində də müasir və innovativ texnologiya öz sözünü deyir. Rektor universitetin Qida mühəndisliyi fakültəsinə qəbul göstəricinin son illər ərzində artan dinamikasını da əsas gətirərək qarşılıqlı əməkdaşlığın məhsuldar və perspektivli olacağına ümid etdiyini qeyd edib.  

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev əməkdaşlıq çərçivəsində görülə biləcək işlərdən danışıb. Müzakirələr zamanı mütəxəssis mübadiləsi, UTECA tələbələrinin ETİ-də müvafiq təcrübə imkanları, birgə laboratoriyanın qurulmasından, fermerlərin, eləcə də heyvandarlıq müəssisələrinin  texnoloji tələblərindən və problemlərindən danışılıb.  

Görüşün sonunda UTECA ilə Heyvanlardlıq ETİ arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi UTECA-nın rektoru, professor Akif Süleymanov və Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev imzalayıblar. 

Daha sonra ETİ-nin nümayəndə heyəti Qida mühəndisliyi fakültəsi və laboratoriyaları ilə tanış olublar. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR