Slimfit
  1. CƏMİYYƏT

“Utanmaq insanın daxili mənəviyyatının göstəricisidir”

“Utanmaq insanın daxili mənəviyyatının göstəricisidir”
Sakura

“Utanmaq insanın daxili mənəviyyatının göstəricisidir”

Tanınmış şair Salam Sarvan öz faysbuk proffilində yeni etik sistemin əsasını qoyduğunu iddia edib. Onun əsasını qoyduğu etik sistemin tezisi isə “Ayıb olan heç nə yoxdur, zərərli olan nəsə var”-dan ibarətdir. Salam Sarvan yazır ki, onun yeni etik sisteminin məqsədi “insanlar arasında ünsiyyəti asanlaşdırmaq və həyatı yüngülləşdirməkdir”.

Eyni zamanda şair bildirib ki, sistemin detallarını açıqladıqdan sonra onun ağıllı müzakirələr doğurmasını istəyir.

Şairin yeni etik sisteminə fikir bildirən tanınmış ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, bu sistem və bu fikirlər kökündən yalnışdır:

“Utanmaq insanın daxili mənəviyyatının göstəricisidir. Bu haqda Qurani-Kərimdə də söz açılır. Məhəmməd peyğəmbər də mənəviyyatca utancaq biri olub, mədəni əxlaqi keyfiyyətlərinə görə müsəlman ümmətinə nümunə olubdur. Əgər bir insanın utanmaq hissləri varsa o “Ayıb heç nə yoxdur” ifadəsi ilə ayaqlaşa və ona riayət edə bilməz. Bir insan küçədə, insanların içərisinə soyuna bilmirsə demək ki, utancaqdır, utanmaq hissləri var və əgər bu hissləri varsa demək ki, o nəzəiyyə ilə də ayaqlaşa bilməz. Məncə elə şairin özü də bu fikirlərlə razı deyil və bu fikirlərinin kökündən yalnış olduğunu anlayır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR