Usubov Tovuzda Nərminin ailəsi ilə görüşdü
Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra öldürülüb yandırılan 10 yaşlı Nərmin Quliyeva ilə bağlı aparılan istintaqla əlaqədar Baş prokurorun birinci müavini Rüstəm Usubov sözügedən rayonda Nərminin ailəsi ilə görüşüb.
Bu barədə Axar.az-a açıqlamasında Nərmin Quliyevanın bibisi Elnarə İsmayılova danışıb. O bildirib ki, istintaq sirri olduğu üçün ailəyə yeni məlumat verilməyib.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib. İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət